“Alçaqlar və yaramazlar...” – Parlamentin spikerini döyənlər həbs olunub



Qarabağ məğlubiyyətindən sonra Ermənistanda başlayan iğtişaşlar zamanı vəhşicəsinə döyülən Ermənistan parlamentinin spikeri Ararat Mirzoyanın durumu ağır olaraq qalır.
“AzPolitika.info” xəbər verir ki, Nikol Paşinyan növbəti “Feysbuk” müraciətində Mirzoyanı döyənlərin həbs olunduğunu deyib. Bununla yanaşı, həmin şəxsləri “alçaq və yaramaz” adlandıran Paşinyan bildirib ki, bu cinayəti törədənlərin hələ hamısı həbs edilməyib: “Ararat Mirzoyanı döyən şəxslərdən həbs edilənlər var. Əlbəttə ki, onun döyülməsində iştirak edənlərin hamısı həbs olunmayıb. Lakin əsas odur ki, həbslər başlayıb”. Paşinyan deyib ki, hələlik spikeri döyənlərdən yalnız ikisi saxlanılıb. Baş nazir Ermənistanda proseslərin hüquqi məcraya qayıtmasının vacibliyini bildirib.

Onu da xatırladaq ki, ermənilər parlament spikerini avtomobildən düşürərək, öz uşaqlarının gözləri qarşısında vəhşicəsinə döyüblər. Lakin bu millətin xisləti nəzərə alınsa, burada yəqin ki, qeyri-adi heç nə yoxdur...
Tarix: 10-11-2020, 14:24
Xəbəri paylaş



Xəbər lenti