“Belə təəssürat yaranır ki, Ermənistanda indi hakimiyyət yoxdur”.“Qafqazinfo” xəbər verir ki, bunu müxalif “Parlaq Ermənistan” parlament fraksiyasının rəhbəri Edmon Marukyan feysbuk səhifəsində canlı yayımda bildirib.
“Lakin yaranmış vəziyyətdən çıxış yolu hakimiyyətsizlik şəraitində tapıla bilməz. Yalnız parlamentdə istənilən vacib qərar qəbul edilə bilər”, - Marukyan deyib.
O, nümayişçiləri deputatların parlamentə daxil olmasına mane olmamağa çağırıb.
“Mən hakim “Mənim addımım” fraksiyasının deputatlarını parlamentə gəlməyə və parlamentin növbədənkənar iclasını keçirməyə çağırıram”, - Marukyan qeyd edib.
Tarix: 10-11-2020, 10:05