Ermənistan Baş Qərargah rəisi parlamentə getdi


Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan “Çiçəklənən Ermənistan”, “Vətən”, “Daşnaksütyun” partiyalarının rəhbərləri ilə görüşüb.
 
Modern.az bildirir ki, bu barədə Ermənistan KİV xəbər verib.
 
Məlumata əsasən, görüş zamanı ölkədəki vəziyyət müzakirə olunub.
 
“Biz xalqımızı sakitliyi qorumağa çağırırıq. Biz hələ də müharibə vəziyyətindəyik. Siyasi partiyalar Ermənistan Silahlı Qüvvələrinə və Müdafiə Ordusuna qeyd-şərtsiz dəstək verirlər. Siyasi qüvvələr əmin edirlər ki, tərəfdaş partiyalarla razılığa əsasən, yaxın saatlarda yaranmış vəziyyətin nizamlanması ilə bağlı təkliflərlə çıxış edəcəklər”, - siyasi partiyaların görüşün yekunlarına dair birgə bəyanatında deyilir.
Tarix: 10-11-2020, 08:48
Xəbəri paylaş



Xəbər lenti