Ərdoğanın kürəkəni istefa verdi

Türkiyənin xəzinədarlıq və maliyyə naziri Berat Albayrak səhhətində yaranan problemə görə istefaya getdiyini açıqlayıb.
 
Modern.az xəbər verir ki, o, bu barədə özünün instaqramdakı hesabında yazıb.
 
"Mən beş illik işdən sonra səhhətimlə əlaqədar nazir kimi fəaliyyəti davam etdirməmək barədə qərar qəbul etdim", - deyə B.Albayrak yazıb.
 
Qeyd edək ki, B.Albayrak Prezident Rəcəb Tayyib Ərdoğanın kürəkənidir. 
Tarix: 8-11-2020, 21:47
Xəbəri paylaş



Xəbər lenti