Gürcüstanın müxalifət partiyaları və onların tərəfdarları Tbilisidə etiraz aksiyası keçirirlər.“Report” xəbər verir ki, müxalifətçilər şəhərin müxtəlif yerlərindən parlamentin binası qarşısına yürüş ediblər.
Tbilisinin mərkəzi Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.
Mitinqdə parlament seçkilərində iştirak etmiş və nəticələri tanımayan partiyaların liderləri və üzvləri iştirak edirlər.
Müxalifətin əsas tələbi Mərkəzi Seçki Komissiyası sədrinin istefası və təkrar seçkilərin keçirilməsidir. Tələblər yerinə yetirilməyincə partiyalar parlamentdə təmsilçilikdən imtina edəcəklər.
Qeyd edək ki, oktyabrın 31-də keçirilən parlament seçkilərinin nəticəsində qanunverici orqana 8 müxalifət partiyası keçsə də, onlar seçkiləri qeyri-legitim adlandıraraq deputat mandatlarından imtina ediblər.
Tarix: 8-11-2020, 16:55