Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri işdən qovuldu - ŞOK XƏBƏR


 
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra edən Mikael Ambartsumyan işdən çıxarılacaq.
 
Ovqat.com xəbər verir ki, Ermənistan prezidentinin mətbuat xidmətindən “Sputnik”-ə ötürülən açıqlamada belə deyilib.
 
Açıqlamaya görə, Prezident bunu qəbul edib, amma fərman hələ imzalanmayıb.
 
Qeyd edək ki, Ermənistan MTX-nın sədri cəmi bir ay bundan əvvəl vəzifəyə təyin olunmuşdu. Maraqlıdır ki, Ambartsumyan son 2 ildə vəzifədən qovulan 4-cü MTX rəhbəridir.

Verilən ən son xəbərə görə, Baş nazir Nikol Paşinyanın təklifi ilə Ermənistan prezidenti Milli Təhlükəsizlik Xidmətinin yeni direktoru təyin edilməsi haqqında fərman imzalayıb. Yeni direktorun Armen Abazyan olduğu bildirilir.



Tarix: 8-11-2020, 16:49
Xəbəri paylaş



Xəbər lenti