Rusiyada təyyarə qəzasında NTV kanalının aparıcısı həlak oldu


Rusiyada təyyarə qəzasında NTV kanalının aparıcısıhəlak oldu

Rusiyanın paytaxtı Moskva şəhərində “Cessna” yüngül mühərrikli idman təyyarəsi qəzaya uğrayıb.
Unikal.org xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, təyyarəni idarə edən NTV kanalının aparıcısı Aleksandr Koltov və bir qadın həlak olub.
Təyyarənin Moskvanın Myaçkovo hava limanından Yaroslavl vilayətinin Rıbinsk şəhərinə uçuş etdiyi bildirilir. Uçuş zamanı mühərrikin alovlandığı qeyd olunur. Bu səbəbdən pilot təyyarəni tarlaya endirib, lakin təyyarədən sağ çıxa bilməyib.  Uçuşdan əvvəl təyyarənin texniki vəziyyətinin normal olduğu deyilir. 
Tarix: 8-11-2020, 09:03
Xəbəri paylaş



Xəbər lenti