Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovksi ABŞ-ın hazırkı prezidenti Donald Trampa müraciət edib.
“RİA Novosti” agentliyi xəbər verir ki, müraciət “Teleqram” kanalı vasitəsilə yayımlanıb.
Rusiyalı siyasətçi D.Trampa seçkinin nəticələrinə müqavimət göstərməyi məsləhət bilib. O, seçki günü bitəndən sonra poçt vasitəsilə gələn səslərin legitim sayılmaması üçün məhkəməyə müraciət etməyi məsləhət bilib.
Qalmaqallı açıqlamaları ilə tanınan siyasətçi D.Trampın geniş xalq dəstəyinə malik olduğunu da vurğulayıb.
“Amerikalıların haqlarını qorumaq üçün imkanları var, bütün Amerika silahlıdır. Buna görə də Amerika xalqının maraqlarını saxtakarlıqlardan qorumaq lazımdır”, - deyə V.Jirinovski söyləyib.
Tarix: 8-11-2020, 08:15