Partlayış nəticəsində üç polis vəfat edib Suriyanın Bab rayonunun mərkəzində yerləşən Bab xəstəxanasının yaxınlığında bomba aşkar edilib. AYNA xəbər verir ki, cihaz yerli polis qüvvələri tərəfindən təhlükəsiz bölgədə partladılması üçün şəhərdən çıxarılarkən partlayıb. Partlayış nəticəsində üç polis vəfat edib.
Qeyd edək ki, müxalifətin nəzarəti altında olan Bab rayonu Türkiyənin 2017-ci ildə həyata keçirdiyi Fərat Qalxanı əməliyyatı ilə İŞİD terror təşkilatından təmizlənmişdi.
Tarix: 7-11-2020, 21:49