“DƏRİN DÖVLƏT” BAYDENİ ÖNƏ ÇIXARIR:Trampın gedişi Putinin də hakimiyyətdən gedişi ola bilər - TƏHLİL


Ərgün Dilər
“Takvim”, Türkiyə, 07 noyabr 2020-ci il
 
ABŞ-da keçirilən prezident seçkisinin nəticəsi hələ dəqiqləşməyib. Alınan nəticələrə görə, finişə ilk çatan, deyəsən, Bayden olacaq. Həm Baydenin, həm də Trampın ətrafına baxıram. Qəribədir, sanki Tramp yalnızlığa doğru itələnir. İki gündür yazdığım kimi, Tramp da poçt vasitəsilə səsvermə yolu ilə “getdiyini” düşünməkdədir. Fasiləsiz məhkəmə təhdidləriylə çıxış edir. Qarşı tərəf isə yoluna davam etməkdədir.
Lakin əslində nə baş verdiyini anlamaq şərtdir. Gələn sualları da nəzərə alaraq, bu gün bir az ətraflı yazaq.
İzləyənlər biləcəklər, çünki çox yazdım. Tarix 09 iyun 2018-ci ili göstərərkən, almanların məşhur nəşri olan “Der Spiegel” “Bu dördlüyü durdurun!” deyən üz qapağı ilə çıxdı. Tramp-Ərdoğan-Cinpinq-Putin dördlüyü nəzərdə tutulurdu. Dünyadakı ən güclü 4 lider hədəfə alınırdı.
Yaxşı, bəs, bu nəşr kimi təmsil edirdi, nəyə güvənirdi? Ağlınımı itirmişdi? Bu suallara cavab tapmadan bunu anlamaq və anlatmaq mümkün deyil. Nəşr məsələsinə gələcəm, ancaq öncə yenə anlamlı bir xatırlatmaya ehtiyac var. Çünki bu hadisəni hamı nəzərdən qaçırıb.
ABŞ seçkilərindən bir gecə öncə, 02 noyabr gecəsi Vyana terror hücumu ilə titrədi. Hücum dünyaya təcili xəbər olaraq yayıldı. Vyana və İŞİD hücumu nə üçün yan-yana gəlirdi? Çünki bu da ABŞ-dakı prezident seçkisiylə bağlı idi. Vyanadakı bir sinaqoqun yaxınlığında silahlı hücum həyata keçirildi. Hücum edənlərdən biri polis tərəfindən öldürüldü. 4 adam öldürüldü, 15-i də yaralandı.
Vyana adi bir yer deyil. Müqəddəs Roma German İmperiyasının mərkəzi olub. Bununla german məktəbinin ABŞ-da Bayden vasitəsiylə güc əldə etməsinin təhlükəli olacağının mesajı verilirdi. Vyana bu məqsədlə seçilmişdi.
Bir çox adam ABŞ-da ingilislərin ağırlığını bilir və danışır. Ancaq almanlar da çox güclüdür. ABŞ tarixinə baxılarsa, ingilislərlə apardıqları savaşlar görünər.
ABŞ-ın ilk katolik prezidenti olan Kennedi ölkənin almanlarla yürüməsini istədiyi üçün “Mən bir berlinliyəm” demişdi. Bu çıxış ona həyatı bahasına başa gəldiBöyük güc balansında sovetlərin tutduğu yerə və ingilislərin nəzarətçiliyinə “xeyr” deyərək, yeni bir ssenari istəmişdi. Və bu, Con F. Kennedinin sonunu  hazırlamışdı
İndi nəşr məsələsinə qayıdaq. “Der Spiegel” katoliklərin səsidir. Amma çox önəmli bir nəşrdir. Bütün dünya üzrə qlobal missiyasi olan 2-3 nəşrdən biridir. ABŞ Müdafiə nazirliyi, yəni Pentaqon tərəfindən üz qapağı görülmədən nəşrə verilməz. İki il öncə ABŞ daxilindəki bir güc Trampı “Der Spiegel” vasitəsilə hədəfə qoydu. Tramp da bunu bilirdi. Trampın gedəcək olması ən çox almanları sevindirməkdədir. Alman mətbuatına baxsanız, bunu görəcəksiniz.
İndi isə nəşrin söyləyə bilmədiklərinə keçək və kahinlik edək. Baydenin iş başına gəldiyini düşünərək irəliləyək.
ABŞ daxilindəki bir güc Trampın beynəlxalq qurumların rolunu azaldaraq Çinin yolunu açmaqda olduğunu düşünür. Trampın “Qloballaşmaya qarşıyam” deyərək, bilərəkdən və ya bilməyərəkdən Çinə dəstək verdiyi fikrini daşıyır.
Tramp qalarsa, ehtimal ki, dünyaya iki böyük güc – ABŞ və Çin hökm edəcək. Baydenin fərqi də məhz burada ortaya çıxacaq. Qloballaşma istənilən səviyyədə olmayacaq, ancaq Bayden bəzi kilid ölkələrlə birlikdə Çini durduracaq. Məqsəd budur.
Trampın qaldığı halda G2 olaraq dizayn ediləcək qlobal sistem Baydenin gəlişi ilə G1 şəklinə çevriləcəkYəni, Bayden ABŞ-ı yeganə patron olaraq saxlamaq üçün Ağ Evə göndərilmiş olacaq.
Rəqəmsal puldan tutmuş nəsnələrin internetinə, oradan da 5G-yə qədər hər şey həyatımıza girəcək, ancaq ABŞ yeganə patron olacaq. Əlbəttə, bəzi kilid ölkələrin rolları olacaq. Amma bu da Çinin tamamilə durdurulmasınadək davam edəcək. Trampla Bayden arasındakı təməl fərq budur. Bunları, əlbəttə, Bayden etməyəcək. O, sadəcə lazım olan razılığı verəcəkdir.
Bayden Ağ Evə doğru yürüyərkən, mediaya bir “saatlı xəbər” düşdü. Önəmli idi. İngilis mediası Rusiya Prezidenti Vladimir Putinlə bağlı diqqətəlayiq bir iddia ortaya atdı. “Daily Mail”-in Moskvadakı qaynaqlardan əldə etdiyi məlumatlara əsaslanaraq verdiyi xəbərə görə, Putin 2012-ci ildən etibarən parkinson xəstəliyinin pəncəsindədir, yanvarın sonunda dövlət başçılığı postunu buraxacaq.
Bu xəbər hər yeri sarsıtdı. Kreml bunu sonra təkzib etdi, ancaq xəbərin verilmə zamanı çox maraqlı idi. Tramp gedərkən Putini də yanına qoşmaq istəyirdilər.
Məlumatlar kəşfiyyat əməliyyatı nəticəsində “Daily Mail”-ə çatdırılırdı. Putinin qollarını yelləyərkən sağ qolunun asimmetrik olaraq nisbətən az yelləndiyi və bunun Parkinson xəstəliyinin bir əlaməti olduğu ifadə edilirdi. Yəni, “Der Spiegel”-in üz qapağında 2-ci önəmli oyunçu kimi göstərilən Putin də hədəfdə idi.
Tramp gedir…
“Der Spiegel”-in bu nömrəsinin nəşr edilməsindən 2,5 il keçir və gedən savaşın izlərini indi görürük. Tramp isə seçki nəticələrinə etiraz edəcəyini açıqlayır və yerini qorumağa çalışır. Əslində, geriləyir…
ABŞ Prezidenti Donald Tramp, Arizonada Baydenin önə keçdiyini bildirən, öz dəstəkçisi olan “Fox”-a od püskürür və kanalın sahibinə, yəni “Fox News”-un patronu Rupert Merdoka zəng edib “Bu xəbəri həmən geri çək!” deyirdi. Media patronu telefonu qapadır və xəbər eyni şəkildə yayılmağa davam edirdi. Anlaşılan odur ki, prezident sözünü keçirə bilmirdi. Trampla eyni düşərgədə olan Rupert Merdok da dəstəyini geri çəkirdi. Bu da çox önəmli idi.
Tramp isə vaz keçmir və seçkilərdə hiylə edildiyini müdafiə edirdi. Bu səbəblə, Ağ Evdə mətbuat konfransı keçirdi. Rəsmən savaşırdı. O, “Əgər qanuni səsləri saysanız, asanlıqla qalib gələrəm. Ortada həddindən çox məhkəmə işi olacaq. Çünki əlimizdə həddindən çox dəlil var və bu proses ölkəmizdəki ən yüksək məhkəmədə bitə bilər. Görəcəksiniz. Həddindən çox məhkəmə işi açacağıq, çünki bu seçim bizdən oğurlanmış ola bilər…” dedi.
Və olmayan bir şey oldu. Bu iddialardan sonra ABC, CBS və NBC kimi televiziya kanalları canlı verdikləri mətbuat konfransının yayımını kəsdilər. Ağ Evi tərk etdilər! ABŞ Prezidenti Trampın gücü geri alınmaqda idi. İndilik görünən budur.
Bayden Çinlə birbaşa və miqyaslı mübarizə aparacaq
Bura qədər yazdıqlarımızdan sonra, təbii olaraq, ortaya belə bir sual çıxır: “Dünən yazırdınız ki, Bayden Ərdoğanla çalışacaq. Bu gün isə deyirsiniz ki, “Der Spiegel”-in üz qapağındakı 4 lider də hədəfdədir. Ziddiyyət yaranmırmı?” Yox.
Baydeni gətirən güc Tramp və Putinlə məşğul olacaq“2016-cı ilin prezident seçkilərinə Rusiyanın müdaxiləsi” tezisi, Trampın ətrafına girişilməsi gələcək üçün atılan addımlar idi.
Bayden iş başına gələrsə, Çinlə birbaşa və miqyaslı mübarizə aparacaq. Almaniya da yanında olacaq.
Bayden Rusiyanı cilovlayan kimi, Çinin Moskva olmadan Avropaya gəlmə şansını budamış olacaqdır. Almaniya da yanlarına gəlincə, bu, “Çin üçün çətin günlər qapıdadır” demək olacaqdır.
Səhnəyə Türkiyə çıxacaq
Məhz burada səhnəyə Türkiyə çıxacaqdır. Türkiyə fərqlidir. Müsəlman ölkəsidir. Təsiri həddindən çoxdur. Və Rusiya kimi birbaşa hədəfə alınmayacaq bir ölkədirÇin-İran-Türkiyə xətti üzərindən daima Aralıq dənizinə və Afrikaya çıxma imkanı vardır. Bu və bənzəri səbəblər üzündən Türkiyə ilə masaya oturacaqlar.
İngilislər də Türkiyə olmadan nəfəs ala bilməzlər.
Aralıq dənizinin önəmi ortadaykən Türkiyə daim ulduz olacaq və ulduz olaraq qalacaqdır. İki, hətta dörd qütblü olaraq düşünülən dünya, deyəsən, Co Baydenlə təkqütblü olacaq. ABŞ-ın orbit dəyişikliyinin səbəbi də budur. Yeni pul, siyasi sistem, internet və kommunikasiya üçün ABŞ hamını masaya toplayıb dəstək istəyəcək, sonra da bildiyi yolla gedəcək.
Daim yazdığım kimi, Türkiyə çox önəmlidir. Kimsə ona dirsək göstərə bilməz. Xüsusilə indi, hamının ona daha çox ehtiyacı olduğu halda… Türkiyənin sözü, dünən olduğu kimi, bu gün də hər kəs tərəfindən dinlənəcəkdir.
Ehtimal ki, AB ilə yaxınlaşma macərası da təkrar başlayacaqdır…
Tərcümə Strateq.az-ındır
Tarix: 7-11-2020, 21:35
Xəbəri paylaş



Xəbər lenti