Ermənistan Qarabağa gedən jurnalistlərə qadağa qoydu: İnformasiya ölkənin əleyhinə işləyir


Ermənistan Qarabağa gedən jurnalistlərə qadağa qoydu: İnformasiya ölkənin əleyhinə işləyir

Ermənistan mətbuat nümayəndələrinin gərgin döyüşlərin getdiyi Qarabağa buraxılmasıyla bağlı qaydaları dəyişib.
Cebhe.info xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat yayıb.
Yeni qaydaya əsasən, yerli jurnalistlər hökumətdən alınan xüsusi icazə, əcnəbi jurnalistlər isə XİN-də akkreditasiya yolu ilə Qarabağa və döyüş gedən bölgələrə buraxılacaqlar.
Xüsusi icazə olmadan jurnalistlərin Qarabağa və döyüş bölgəsinə buraxılması qadağan edilib.
Güman ki, buna səbəb son günlər döyüş bölgələrindən yerli və əcnəbi jurnalistlərin çəkdiyi bəzi görüntülərin həqiqəti əks etdirməməsi, jurnalistlərin həyatına yaranan təhlükə, onların Qarabağdan çıxmasında problemlərin olmasıdır.
Bəzi jurnalistlər Azərbaycanın işğaldan azd etdiyi ərazilərin guya hələ də ermənilərin nəzarətində olduğunu bildirən xəbərlər yaysalar da, sonradan erməni tərəfi məğlubiyyəti rəsmən etiraf etməli olub.
Tarix: 7-11-2020, 16:30
Xəbəri paylaş



Xəbər lenti