Gürcüstanda koronavirus pandemiyası səbəbindən bütün böyük şəhərlərdə komendant saatı elan olunub.
Bu barədə Gürcüstan Baş nazirinin birinci müavini Maya Tskitişvili virusla mübarizə üzrə koordinasiya şurasının iclasından sonra keçirdiyi brifinqdə açıqlama verib.
Qeyd olunub ki, 9 noyabr tarixindən etibarən Gürcüstan rəhbərliyi koronavirusun yayılmasına qarşı mübarizə məqsədilə böyük şəhərlərdə saat 22:00-dan 5:00-dək avtomobil və piyadaların hərəkətinə məhdudiyyətlər tətbiq edəcək.
Qeyd edək ki, bu gün Gürcüstanda koronavirusa gündəlik yoluxma sayında rekord (2859) qeydə alınıb
Tarix: 7-11-2020, 15:44