Demokrat namizəd Co Baydenin Corciya və Pennsilvaniya ştatlarında Prezident Donald Tramp üzərində səs çoxluğunu genişləndirməkdədir. Hərçənd ki, səslərin sayılması tamamlanmayıb, hazırda Baydenin prezident seçkilərində qələbə çalmaq potensialı böyükdür."AzPolitika.info" "Amerikanın səsi" radiosuna istinadən xəbər verir ki, Tramp kampaniyası hələ ki, bu seçkinin bitmədiyini deyərək, prezidentin cüzi səs fərqi ilə qızğın yarışların getdiyi ştatlarda qalib çıxacağını bildirir. Tramp kampaniyası həmçinin seçki saxtakarlığı və qanunauyğunsuzluqlarla bağlı əsaslandırılmamış iddialarla məhkəmələrə müraciət edib.
Cümə günü gecə saatlarında Delaver ştatının Vilminqton şəhərində çıxış edən Co Bayden qələbəyə əmin olduğunu deyib.
“Bizdə hələ ki, yekun qələbə bəyannaməsi yoxdur, lakin rəqəmlər bizə aydın şəkildə deyir. Biz bu yarışı udacağıq,” deyə Demokrat namizəd 24 saat ərzində poçtla verilmiş səslərin sayılması nəticəsində Corciya və Pennsilvaniyada irəli çıxdığını, digər ştatlarda isə səs üstünülyünü genişləndirdiyini vurğulayıb: “Biz 300-dən çox elektoral kollegiya səsləri (qələbəüçün cəmi 270 tələb olunur - red.) almağa doğru gedirik. Və ümummilli miqyasda rəqəmlərə baxın. Biz bu yarışı aydın çoxluqla, millət arxamızda olmaqla udacağıq.”
Bayden hazırda həm ümumi səsvermədə, həm də 253-214 səs fərqi ilə elektoral səslərdə öndə gedir. Prezident seçkisinin qalibi olmaq üçün namizədlərə 270 elektoral səs lazımdır.
Corciyanın 16, Pennsilvaniyanın 20 elektoral səslərini qazanmaq Baydenə 299 elektoral səs bəxş etmiş olar ki, bu da seçkiləri udmaq üçün kifayət qədər yetərlidir. Bayden həmçinin Arizona və Nevada ştatlarında öndə gedir ki, bu ştatlarda qələbə onun elektoral səslərini 316-a qaldıra bilər.Seçkinin nəticəsini müəyyən edəcək dörd ştatda səslər hələ də hesablanmaqda davam edir: Arizona və Nevadada Bayden bir neçə gündür öndə olub, cümə günü gecə saatlarına olan məlumata görə isə Bayden Pensilvaniyada 13,500, Corciyada isə 1,579 səslə Trampdan önə çıxıb.
ABŞ-ın Elektoral Kollegiya sisteminəəsasən, Meyn və Nebraska istisna olmaqla hər bir ştatda səs çoxluğunu qazanan namizəd həmin ştatın bütün elektoral səslərini qazanır. Ştatların elektoral səsləri isəəhalilərinin sayına müvafiq müəyyən olunur.
Corciya ştatının Dövlət Katibi Brad Raffensperger deyib ki, Baydenin səs üstünlüyü 0.5%-dən az olduğu üçün ştatda səslər yenidən sayılacaq. Corciya rəsmiləri habelə 9000 hərbçi və xaricdə olan vətəndaşların səslərinin hələ sayılmalı olduğunu bildirirlər.Tramp kampaniyası həmçinin Baydenin 20000 səs fərqi ilə öndə getdiyi Viskonsin ştatında səslərin yenidən sayılmasını tələb edir.
Tramp dəlil olmadan cümə axşamı Demokratları onun yenidən prezident seçilməsinin qarşısını almaq üçün kütləvi fırıldağa və pozuntulara əl atmaqda ittiham edib.
“Bu elə bir haldır ki, burada onlar seçkiləri oğurlamağa çalışırlar, onlar seçkini saxtalaşdırmağa çalışırlar və biz buna imkan verə bilmərik,” - Tramp mətbuat konfransında bildirib.
Bayden isə günün əvvəlində ştatlarda rekord sayda verilən səslər sayıldığı vaxt səbrli olmağa çağırıb. Belə ki, bu ilki seçkilərdə 150 milyondan çox amerikalı səs verib.
"Hər bir bülleten sayılmalıdır. Və biz buna nail olunduğunu görəcəyik. Və belə də olmalıdır. Demokratiya bəzən səliqəsiz olur,” Bayden brifinqdə bildirib.
"AzPolıitika.info"
Tarix: 7-11-2020, 14:18