Tramp Baydeni seçkilərdə qələbəsini elan etməməyə çağırıb


Tramp Baydeni seçkilərdə qələbəsini elan etməməyə çağırıb
ABŞ Prezidenti: "Co Bayden qanunsuz olaraq prezident vəzifəsinin hüquqlarını bildirməməlidir"
 
ABŞ-ın hazırkı prezidenti Donald Tramp bildirib ki, demokratların namizədi Co Bayden seçkilərdə qələbə qazanması haqqında "qanunsuz" danışmamalıdır.
 
AYNA xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün "Twitter"dəki səhifəsində yazıb.
 
ABŞ rəhbəri qeyd edib ki, məhkəmə araşdırması yenicə başlayıb.
 
"Co Bayden qanunsuz olaraq prezident vəzifəsinin hüquqlarını bildirməməlidir. Mən də bu barədə bildirə bilərdim. Məhkəmə təhqiqatları yenicə başlanır", - Tramp tvitterdəki hesabında yazıb.
 
ABŞ-da prezident seçkiləri çərşənbə axşamı keçirilib. Bir sıra ştatlarda səsvermələrin nəticələri hələ məlum deyil. Çərşənbə axşamı Tramp marafonda qələbə qazanması haqqında bildirib və demokratları "seçkiləri oğurlamaq" cəhdində ittiham edib.
Tarix: 7-11-2020, 09:23
Xəbəri paylaş



Xəbər lenti