Pentaqon rəhbəri istefaya gedir



Pentaqon rəhbəri Mark Esper istefa ərizəsi hazırlayıb.
Bu barədə NBC ABŞ Müdafiə Nazirliyindəki üç mənbəyə istinadən məlumat yayıb.
ABŞ nazirlikləri rəhbərlərinin prezidentlərin dəyişməsi zamanı vaxtı göstərmədən istefa ərizəsi verməsi nadir hal deyil. Dövlət başçıları adətən səsvermənin yekun nəticələrinin açıqlanmasından sonra müvafiq qərar qəbul edirlər.
Amma ekspertlər iddia edirlər ki, indiki halda məsələ təkcə bunda deyil. Belə ki, Esperlə hazırkı Prezident Donald Tramp arasında münasibətlər əvvəldən korlanıb. Buna səbəb isə ABŞ ordusunun nümayişləri yatırmaq üçün istifadəsi ilə bağlı fikir ayrılığı olub.
Tarix: 6-11-2020, 08:53
Xəbəri paylaş



Xəbər lenti