Qabil Hüseynli: “Erməni xalqı yarıtmaz baş nazirdən istənilən halda çox pis intiqam alacaq”
Sentyabrın 27-dən bu günə qədər davam edən Vətən müharibəsində düşmən Ermənistanı Azərbaycan həm döyüş meydanında, həm diplomatik müstəvidə, həm informasiya savaşında tam əzib. Ermənilər Qarabağda darmadağın edilir, mövqelərini tərk edib geri çəkilməkdədirlər. Onlar faktiki olaraq məğlub ediliblər. Amma maraqlıdır ki, təcavüzkar ölkə məhv astanasında da dirəniş göstərir. Sanki Ermənistanın siyasi rəhbərliyi erməni xalqının qəsdinə dayanıb.Erməniləri bu dirənişə vadar edən amil nədir? Bu toplumdan bir ağıllı lider nə üçün illər ərzində çıxmadı? Erməniləri başa salan biri olmadımı ki, boşuna milçək kimi qırılmayın, başqasının torpaqlarından çıxın, əks halda proseslərin sonunda başqa əraziləri də itirə bilərsiniz, Ermənistan bir dövlət kimi məhv ola bilər?...Sabiq dövlət müşaviri Qabil Hüseynli Ermənistanın baş naziri Nikol Paşinyanı qarşıda qara günlərin gözlədiyini söylədi: “Hələ ki Ermənistanda ümumxalq etirazları başlamayıb. Əsgər anaları etiraz edirlər, küçələri bağlayırlar və s. Amma ümummilli etirazlara hələ rast gəlinmir. Bu etirazları ərsəyə gətirə biləcək siyasi qüvvə də yoxdur. Düzdür, 17 partiya vahid blok ətrafında birləşib, Paşinyana onun hakimiyyətdən getməsi ilə bağlı müxtəlif ultimatumlar veriblər. Amma fəal işə keçməyiblər. Müharibə gedir və müharibə ətrafında meydana çıxıb birdən-birə əhalini etirazlara səsləmək Ermənistanı tamamilə xaosa bürüyər. Ermənistan ciddi təhlükə altında qala bilər. Bunu partiya liderləri, ölkədəki keçmiş prezidentlər, baş nazirlər yaxşı başa düşürlər. Ona görə də Paşinyanla haqq-hesabı sona saxlayırlar”.
Qabil Hüseynli Politoloq ermənilərin düşüncə, təfəkkür cəhətdən “xəstə millət” olduğunu söylədi: “Ordunun içərisində də ciddi narazılıq var. Hətta bir dəfə ordunun hərbi çevrilişə cəhd etdiyini söyləyirlər. Əhali içərisində belə bir ideya özünə yol tapmaqdadır ki, Paşinyan getməli və onun yerinə hərbi qüvvələrin nümayəndələrindən ibarət hərbi xunta iqtidara gəlməlidir. Həm torpaqların müdafiəsində, həm də ölkədə qayda-qanun yaradılmasında guya böyük rol oynaya bilərlər. Amma bundan başqa Paşinyanı istefaya, kompiramisə, sülhə zorlaya biləcək qüvvə də yoxdur. Bu millət xəstə millətdir. Yaxınlarda bir rus politoloqunun fikirləri ilə razılaşdım. O deyir ki, dünyanın xalqları içərisində əgər pis xalqları saymaq lazım gələrsə, birinci yerdə ermənilər gələr. Milliyyətcə erməni olan, Ukraynada yaşayan və hadisələri çox real qiymətləndirməyi bacaran şəxs var. O həm erməni tarixi, həm də erməni uydurmaları ilə bağlı xeyli yazılar yazıb, Azərbaycan dilində də onun yazıları nəşr olunur. Yaxınlarda o, Moskvada yaşayan Karapetyan adlı erməni milyonçusuna müraciət edərək, bildirmişdi ki, sizin xalqın doğulandan bu günə qədər tamamilə yalan içərisində yaşadığını bilirsiniz, o, həqiqət deməyə alışmayıb, öyrəşməyib, bu səbəbdən erməniləri yalanlar idarə edir. Bu nöqteyi-nəzərdən bu xalq reallığı qiymətləndirmək hissini tamamilə itirib. Müharibə qapısının ağzında gedir. Özü də ağır insan itkiləri ilə müşayiət olunur. Özlərini yerdən götürmək istəmirlər. Yenə də kompromis xarakterli səylər göstərmək istəmirlər. İşğal edilmiş ərazilərdən xoşluqla qoşunlarını çıxarıb, Azərbaycanla hələ ki, sülhə getmək istəyində görünmürlər”.
Müsahibimiz ermənilərin heç bir xilas yolunun qalmadığına da toxundu: “Hamı bilir ki, Paşinyan qeyri-adekvat adamdır. Gerçəkliyi normal qavraya bilmir. Həm də psixi cəhətdən nadir keyfiyyətləri var. Kənardan ciddi bir təsirin, müqavimətin olmadığını gördükcə, ”müharibəni son erməniyə qədər davam etdirəcəyəm" tezisindən yararlanmağa çalışır. Bu, əlbəttə, anormal, dünyanın heç bir ölkəsinin rəhbəri tərəfindən qəbul edilməyən xəstə təxəyyülün məhsuludur. Amma proseslər yetişməkdədir. Görünür, onlar üçün təkcə müharibədə məğlubiyyət yetərli deyilmiş. İqtisadi böhranın əlamətlərinin görünməsi, qiymətlərin dörd nalla çapması lazımdır ki, xalq düşdüyü o qəflət yuxusundan ayıla bilsin. Bu gün Ermənistanda qiymətlər sürətlə artır. İqtisadi göstəricilər dəfələrlə aşağı düşüb, işsizlik artıb, ölkədə mühacirət sürətlənib, bir növ qaçaqaçdır. Belə bir şəraitdə “könüllülər çağırıram, Fransadan, Livandan ermənilər gəldi” kimi iddiaların hamısı təbliğat xarakteri daşıyan amillərdir. Bu ermənilər ermənilərin ruhunumu qaldıracaq? Paşinyanın siyasətinin son dərəcə naşı olduğu bu müharibə əməliyyatlarında özünü göstərdi. Müharibənin indiki nəticələrinə uyğun olaraq adekvat addımlar ata bilmir. Bu səbəbdən Paşinyan təhlükəli bir insana çevrilib. İlk növbədə, erməni xalqı üçün çox təhlükəlidir. Yəqin ki, erməni xalqı ayılanda hər şeyin geri qaldığını, gec olduğunu başa düşəcək. Amma erməni xalqı yarıtmaz baş nazirdən istənilən halda çox pis intiqam alacaq".
Tarix: 5-11-2020, 10:19