ABŞ-da keçirilən prezident seçkilərinin rəsmi nəticələri açıqlanmamış Nyu-Yorkda etiraz aksiyaları başlayıb.
Bizim.Media REN TV -yə istinadla xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videolar yayılıb.
Etirazçılar yolları bağlayıb, zibil qutularına od vurublar. Nümayişçilər səslərin hamısının hesablanmasını tələb ediblər.
Məlumatlara görə, oxşar axkisyalar Manhettendə, Miçiqanda və Vaşinqtondakı Ağ Evin qarşısında keçirilib.
Tarix: 5-11-2020, 09:49