ABŞ-da prezident seçkiləri gərgin mübarizə şəraitində keçir.
Modern.
az xarici KİV-ə istinadən xəbər verir ki, bu ana olan məlumata görə, Trampa seçicilərin 48,6%-I, Baydenə isı 49,8%-i səs verib.
Prezidenti müəyyən etmək üçün namizədlərdən biri ştatlar üzrə 270 elektorla səs toplamalıdır. Son məlumatlara görə, Tramp 213, Bayden isə 237 elektoral səs toplayıb. Ən böyük ştatlardan Nyu-York və Kaliforniyada Bayden, Texas və Floridada isə Tramp qələbə qazanıb. Seçkilərinin taleyini səslərin hesablanmasının başa çatmadığı 8 ştatda həll olunacağını gözlənilir.
Tramp və Baydenin hər biri artıq özünü qalib elan edib.
“Bizim qələbəmizi oğurlamaq istəyirlər amma buna imkan vermərik”-deyə Tramp deyib. Co Bayden də öz qələbəsini elan edib.
“Dostlar, qələbəyə doğru gedirik. Biz az səbr edək” –deyə tərəfdarlarına müraciət edib.
Tarix: 4-11-2020, 10:11