ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd, hazırkı dövlət başçısı Donald Tramp ölkənin bir sıra ştatlarındakı seçki məntəqələrində rəqibi, Demokratlar Partiyasından prezidentliyə namizəd Co Baydeni üstələyib.Bu barədə “Report” Birləşmiş Ştatların, habelə bu ölkədə akkreditə olunmuş digər ölkələrin kütləvi informasiya vasitələrinin ayrı-ayrı ştatlar üzrə seçki məntəqələrinin ilkin nəticələrinə dair məlumatlara istinadən xəbər verir.
Qeyd edilir ki, hazırkı dövlət başçısı Şimali Dakotadakı səsvermələrdə liderdir.
“Fox News”un məlumatına görə, Tramp İndiana ştatında da səslərin 50 faizinin nəticələrinə əsasən 60 faiz səs toplayıb. Bununla yanaşı, respublikaçıların dövlət başçısı postuna iddialısı Arkanzasda keçirilən səsvermələrdə də seçici sayına görə önə çıxıb.
“FOX” Donald Trampın Vayominqdə, Şimali və Cənubi Dakota da keçirilən səsvermələrdə qalib olduğunu açıqlayıb.
Floridadakı seçki məntəqələrinda iki rəqib arasında rəqabət güclü olub. Bir sıra hallarda Bayden önə çıxsa da, son məlumatlara görə, Florida seçiciləri daha çox Trampa dəstək veriblər. Respublikaçıların namizədi Kanzasda, Kentukkidə, Tennesidə, Alabamada, Missisipidə, Oklahomada, Cənubi Karolinada, Luizianada, Şimali Karolinada seçici səsi baxımından qələbəsini təmin edib.
CNN-in proqnozlarına görə, Demokratlar Partiyasının prezidentliyə namizədi Co Bayden Nyu-Yorkda qalibdir. O, eyni zamanda Nyu-Cersidə də Trampdan üstün ola bilib. Bayden bununla yanaşı, Men ştatında, Massaçusetsdə, Rod-Aylendə, Miçiqanda, Texas və Pensilvaniyada respublikaçıların namizədini qabaqlayıb. Bununla yanaşı, Nyu-Meksikoda, Koloradoda da qələbə əldə edib.
Qeyd edək ki, bütün bunlar seçki məntəqələrinin ilkin nəticələrdir. Səsvermə prosesi hələ davam edir. Buna görə də hansı namizədin qalib olacağı hələ dəqiq deyil.
Tarix: 4-11-2020, 07:31