Əfqanıstanın paytaxtı Kabildə terror hücumü təşkil edilib.Cebhe.info xəbər verir ki, Kabildə universitetlərdən birində törədilən terror aktında ən azı 25 nəfərin öldüyü və yaralandığı bildirilib.
Əfqanıstan hökumətinin sözçüsü Tarik Arian hücumda ölənlərin dəqiq sayını açıqlamasa da, universitetdə ən azı 20 nəfərin öldüyü barədə məlumat verilib. Arianın sözlərinə görə, hücumda 3 nəfər iştirak edib və hamısı atışmada ölüb.
"Taliban" hücuma qarışdıqlarını inkar edən açıqlama yayıb.
Universitet tələbəsi olan Əhməd Samim jurnalistlərə tapança və "Kalaşnikov" avtomatı ilə silahlanmış yaraqlıların təqribən 17 min tələbəsi olan universitetə atəş etdiyini gördüyünü söyləyib.
Əfqanıstan mətbuatı, atışma zamanı çox sayda qonağın qatıldığı universitetdə bir kitab sərgisinin təşkil edildiyini bildirib.
Tarix: 2-11-2020, 19:04