İran ABŞ-ın yeni prezidenti ilə nüvə anlaşması çərçivəsində dialoqa hazırdır




İran nüvə razılaşması çərçivəsində ABŞ-ın növbəti prezidenti ilə dialoqa hazırdır.
Press TV xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.
“Yeni hökumətin hansı partiyaya mənsub olmasından asılı olmayaraq, ABŞ-da hansı siyasətin yürüdüləcəyinə əsaslanacağıq. Dialoq üçün çərçivə aydındır - Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA)”, - o qeyd edib.

Xətibzadə əlavə edib ki, hər iki ABŞ partiyası siyasətlərinin nə qədər uğursuz olduğunu anlayıblar və hədəflərinə çatmayıblar.
Tarix: 2-11-2020, 15:37
Xəbəri paylaş



Xəbər lenti