Aksiyaçılar Mərkəzi Seçki Komissiyasından açıqlanan seçki nəticələrinin ləğvini tələb ediblər Qonşu Gürcüstanda genişmiqyaslı etiraz aksiyaları başlayıb. AYNA “Baku” TV-yə istinadən bildirir ki, aksiyanın keçirilməsinə səbəb müxalifətin oktyabrın 31-də keçirilən parlament seçkilərinin nəticələri ilə razılaşmamaları olub.
Paytaxt Tbilisinin mərkəzi olan Rustaveli prospektində yerləşən Gürcüstan Parlamenti binası qarşısına toplanan etirazçılar nəqliyyatın hərəkətini məhdudlaşdırıb.
Aksiya iştirakçıları Gürcüstan Mərkəzi Seçki Komissiyasından açıqlanan nəticələrin ləğvini tələb ediblər.
Onlar hakimiyyətin parlament seçkilərini saxtalaşdırdığını bildiriblər. Aksiyada müxalifət liderləri seçkilərin legitimliyini tanımadıqlarını və uzunmüddətli etiraz aksiyalarına başlayacaqlarını bəyan ediblər.
Qeyd edək ki, aksiya zamanı polislə etirazçılar arasında qarşıdurmalar da yaşanıb.
Tarix: 2-11-2020, 14:09