Gürcüstan MSK səslərin 100%-ni hesablayıb


Gürcüstan MSK səslərin 100%-ni hesablayıb

Gürcüstanda 3847 seçki məntəqəsindən toplanan bülletenlərin 100%-i hesablanıb. “Qafqazinfo” bildirir ki, bu barədə “Sputnik Gürcüstan” xəbər verib.
Mərkəzi Seçki Komissiyasının saytındakı məlumata əsasən, parlamentdə yeddi partiya və iki blok yer alacaq.
Hazırkı hakim partiya “Gürcü arzusu – Demokratik Gürcüstan” 48,15% (926 959 səs) və keçmiş hakim “Birləşmiş Milli Hərəkat” partiyasının daxil olduğu müxalif “Güc birlikdədir” bloku 27,14% (522 463 səs) toplayıb.
Həmçinin 1%-lik baryeri aşağıdakı siyasi subyektlər aşıblar:
“Avropa Gürcüstanı” (David Bakradze) - 3,78% (72 752 səs);
“Lelo Gürcüstan üçün” (Mamuka Xazaradze) - 3,15% (60 691)
“Georgi Vaşadze – Aqmaşenebeli strategiyası” - 3,15% (60 592);
“Vətənpərvərlər İttifaqı” (İrma İnaşvili) - 3,14% (60 493);
 “Qirçi” (Zurab Caparidze) – 2,89% (55 600);
“Vətəndaşlar” (Aleko Elisaşvili) - 1,33% (25 534);
Leyborist Partiyası (Şalva Natelaşvili) - 1% (19 281).
Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı olan Nino Burjanadzenin “Vahid Gürcüstan”ı (0,85%, 16 328 səs) da daxil olmaqla digər partiyalar 1% -lik baryeri aşmayıblar.
Tarix: 2-11-2020, 07:33
Xəbəri paylaş



Xəbər lenti