"Paşinyan daha Rusiya prezidentinə zəng etmir"



"Nikol Paşinyanın gerçəkdən ağlı çaşıb, bəlkə də heç əvvəldən yox idi".

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib.

"Paşinyan, əvvəllər qərb mətbuatına müsahibəsində Avropa dövlətlərini "türklərin qarşısını almazsanız, onlar Vyanaya kimi gələcəklər" deyə təhdid edirdi, bugün də Al-Arabiya TV-ə müsahibəsində "Türkiyənin imperiya ambisiyaları Ərəb və Aralıq dənizi ölkələri üçün bir təhlükədir" deyib. Əgər sabah "7 Africa Television Network"a müsahibəsində "türklərə Qarabağda dur deməzsiniz Afrikanı işğal edəcək" deyə müsahibə versə təəcüblənməyin. Nikol özünü inandırıb ki, "böyük siyasəti" ilə Avropanı aldadıb, indi də ərəblərlə afikalılar qalıb. Yeri gəlmişkən, Nikol Paşinyan daha Rusiya prezidentinə zəng etmir, indi də məktub yazmağa başlayıb. Son məktubunda Rusiyadan hərbi kömək istəyir. Məktubuna da Putin deyil, Lavrov cavab verib ki, biz indi müharibəyə qarışa bilmərik, əgər döyüşlər Ermənistan ərazində getsə müzakirə edərik" - Q.İbadoğlu qeyd edib.
Tarix: 1-11-2020, 08:27
Xəbəri paylaş



Xəbər lenti