Düşmən ölkənin baş naziri erməni dindarlar, qadınlar və uşaqlardan sonra kimi ölməyə, əsir düşməyə göndərəcək?Bir sıra yazılarımızda yazırıq ki, Ermənistan işğalçılıq siyasətini davam etdirməklə, torpaqlarımızın işğalda qalan hissəsindən könüllü çıxmamaqla özünün bir dövlət kimi məhvinə səbəb olur. Əlbəttə, bütün təhlillər bunu sübut edir: Ermənistanda müharibə dövründə baş qaldıran xaos düşmənin tam məğlubiyyətindən sonra uzun illər davam edəcək, qanlı olaylar, inqilablar, daxili qarşıdurmalar səngiməyəcək, iqtisadiyyatı tam çökəcək və s.Bütün bunları baş nazir Nikol Paşinyan özü də bilir. Ancaq erməni xislətinə sadiq qalaraq, son nəfəsdə də bütün murdar əməllərə imza atır. Bəlkə də bununla məğlubiyyətlərinin qarşısını ala biləcəklərini düşünürlər. Ancaq reallıq göstərir ki, Nikol Paşinyanın, Ermənistan rəhbərliyinin əl atdığı hərbi cinayətlər, terrorlar onların sonunun gəlişini daha da sürətləndirir.
Diqqət edək, Ermənistan ordusu döyüş meydanında məğlub olduqca, mülki Azərbaycan vətəndaşlarına, mülki obyektlərə atəş açdılar, Gəncədə, Naftalanda, Tərtərdə, son olaraq Bərdədə terrorlar, hərbi cinayətlər törətdilər. Bugünədək 90 dinc azərbaycanlını qətlə yetiriblər.
Ancaq bununla Azərbaycanın döyüş əzminə, ruhuna təsir edə bilmədilər. Məğlubiyyətləri artdıqca, əsgərləri döyüş meydanında məhv edildikcə, bir çox hərbçilər qaçıb gizləndikcə, Paşinyan və onun komandası cəbhəyə göndərməyə əsgər tapmadıqlarından qadınları, uşaqları müharibəyə cəlb etdilər. Hətta Ermənistan Qarabağda döyüşmək müqabilində ağır cinayət törətmiş məhkumları azad edir...
Bunlar müharibə cinayətləri olmaqla yanaşı, Paşinyanın, Ermənistan rəhbərliyinin nə qədər mənəviyyatsız, alçaq, əxlaqsız bir xislətə malik olduqlarını göstərən faktlardır. Təsəvvür edin, düşmən ölkənin rəhbərliyi təkcə Azərbaycan xalqına qarşı deyil, erməni xalqına qarşı da faşistcəsinə yanaşır.
İndi Ermənistan o günə düşüb ki, döyüşməyə adamları belə qalmayıb, qadın və uşaqlardan sonra dini əqidələri, qulluq etdikləri məzhəb əlinə silah almağa qadağa qoyan din xadimlərini də zorla silahlandırıb döyüşə yollayır.
Azərbaycan Ordusunun həyata keçirdiyi əks hücum əməliyyatları zamanı əsir düşmüş erməni silahlılarından birinin din xadimi olduğu məlum olub.
Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Sahakyan Araratoviç din xadimi olması ilə bağlı etirazlarına baxmayaraq silahlandırılaraq Azərbaycanın işğal altındakı ərazilərinə gətirilib.
O, Azərbaycanda dindirilərkən Qubadlı rayonunda döyüşlərə zorla cəlb edildiyini bildirib.
Hovsep Sahakyan Youtube və digər sosial şəbəkələrdə yayılmış dini moizələri və rəhbərlik etdiyi dini ayinlərlə bağlı videomateriallarla tanınır. Daim moizələrində müharibə əleyhinə danışıb.
Elə dini cərəyanlar var ki, onlar müharibəyə, cihada normal yanaşır. Elə dini icmalar da var ki, onlar üçün müharibədə iştirak ən ağır günahlardan sayılır. Adventizmə görə də bu məzhəbin daşıyıcıları heç bir halda silah götürüb döyüşə bilməz, yalnız sülh təbliğ etməlidir. Əks təqdirdə dinə, Tanrıya asi çıxmış sayılırlar.
Heç bir dünya tarixində Adventist dini əqidəsinin daşıyıcıları, bu kilsənin üzvləri müharibələrdə iştirak etməyiblər, heç bir diktator, hərbi cani belə onları buna məcbur etməyib. Hətta ABŞ-da Birləmiş Ştatların ölüm-qalım məsələsi olan vətəndaş müharibəsi (1861-1865) zamanı hər kəs, bütün ideya daşıyıcıları bu qəddər müharibəyə qoşulub, yalnız adventist icması əlinə silah almayıb, buna məcbur edilməyiblər. Buna Amerikada hər kəs normal yanaşıb, çünki onlar üçün keçilməzdir, dini dəyərlərə tüpürmək anlamı daşıyır. Hətta hitler də belə məcburiyyətlərə getməyib.
Ancaq indi Paşinyan həm hərbi-siyasi, həm də mənəvi baxımdan o duruma düşüb ki, dünya tarixində heç bir diktatorun, caninin etmədiyi mənəviyyatsızlığa da imza atır...
Xristan dini mərkəzləri də buna görə Paşinyana ciddi tıpkilər göstərməlidir...
Elşad MƏMMƏDLİ
Tarix: 30-10-2020, 20:07