"Putin Paşinyanın Qarabağda qurduğu tələyə düşmədi..." -Türk professor


“İrəvan beynəlxalq arenada Moskva üçün  problemlər yaradır...”



“Rusiya Ermənistanın veto qoyması səbəbindən Azərbaycanı Avrasiya İqtisadi Birliyinə dəvət edə bilmədi...”

Moderator.az xəbər verir ki, bunu “Fikir Turu” portalında Türkiyənin Rusiya üzrə mütəxəssisi, professor Salih Yılmaz oxuculara Rusiya Federasiyasının son dövrlərdə Ermənistana münasibətinin hansı səbəblərdən dəyişdiyini izah edərkən yazıb. 

Xüsusilə, müəllif 1988-ci ildən bəri ilk dəfə Moskvanın Ermənistanın Dağlıq Qarabağ siyasətini dəstəkləmədiyini və silahlı münaqişədə bitərəfliyini elan etdiyini vurulayıb. 

“İrəvan beynəlxalq arenada Moskva üçün  problemlər yaradır. Rusiya Ermənistanın veto qoyması səbəbindən Azərbaycanı Avrasiya İqtisadi Birliyinə dəvət edə bilmədi. Eyni səbəbdən Dağlıq Qarabağ problemi üzündən  bu respublikanı tanımayan Pakistan KTMT-də müşahidəçi statusu ala bilmədi”- deyə  türk professor yazıb.  

Məqalə müəllifi qeyd edir ki, hazırda Ermənistan Rusiya üçün bir problemdir. Yılmaza görə, İrəvan Kremli Qarabağdakı hazırkı hərbi əməliyyatlara cəlb etmək istədi, ancaq "Moskva Paşinyanın tələsinə düşmədi".

Sultan Laçın
Tarix: 28-10-2020, 19:40
Xəbəri paylaş



Xəbər lenti