Daha bir müsəlman ölkəsi - İran Fransanı Məhəmməd Peyğəmbərin karikaturalarını çap edib yayacağına görə qınayıb və etirazını bildirib.Cebhe.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, Paris yaxınlığındakı məktəb müəlliminin çeçen tərəfindən öldürülməsindən sonra Fransanın Məhəmməd Peyğəmbərin karikaturalarını çap edib yayacağı açqılamasına görə İran Fransadakı səfirini geri çağırıb.
Pakistan da bu günlərdə oxşari səbəbdən öz səfirini Fransadan geri çağırmışdı.
Qeyd edək ki, Türkiyə, Banqladeş, Küveyt, Qətər və digər müsəlman ölkələri də eyni səbəbdən etiraz əlaməti olaraq Fransa mallarına boykot edib.
Tarix: 27-10-2020, 14:22