Donald Trampın seçki kampaniyası çərçivəsində ABŞ-da yaşayan bir qrup soydaşımız etiraz səsini ucaldıb.
Bizimyol.info-nun xəbərinə görə, Trampın Pensilvaniya ştatının Allentoun şəhərində seçicilərlə görüşü zamanı soydaşlarımız Ermənistan ordusunun Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində törətdiyi terror aktlarına diqqət çəkmək üçün şüarlar qaldırıblar.
Azərbaycan Nyu-York Assosiasiyasının rəhbəri Elcan Yerdələnlinin təşəbbüsü ilə buraya toplaşan azərbaycanlılar Azərbaycanın mülki əhalisinin atəşə tutulmasına, günahsız körpələrin öldürülməsinə etirazlarını bildiriblər.
Tarix: 27-10-2020, 14:19