Partlayıcını seminariyanın içərisinə kiminsə çantada keçirdiyi ehtimal olunur Bu gün səhər Pakistanın Peşavar şəhərində seminariyada partlayış baş verib. AYNA xarici mediaya istinadən bildirir ki, partlayış nəticəsində azı 7 nəfər həlak olub, 70 nəfər xəsarət alıb.
Yerli polis idarəsindən faktı təsdiqləyərək bildiriblər ki, partlayışın səbəbi müəyyənləşdirilirir. Mümkün səbəblər sırasında əldəqayırma partlayıcı qurğunun işə salınması göstərilir.
Partlayış Quran dərsi zamanı baş verib. Partlayıcını seminariyanın içərisinə kiminsə çantada keçirdiyi ehtimal olunur. Hadisə yeri əhatəyə alınıb, polis sübutlar toplayır.
Tarix: 27-10-2020, 12:55