Tehran erməni qoşunlarının İran-Azərbaycan sərhədinə yenidən yaxınlaşacağı təqdirdə Ermənistan ərazisini atəşə tutmağa hazırdır.Trend-in “Vestnik Kavkaza” nəşrinə istinadən məlumatına görə, bu barədə nüfuzlu mənbələr bildirib.
Qeyd olunub ki, Azərbaycan İranla həmsərhəd rayonlarda nəzarəti ələ keçirməklə Ermənistanı raket-artilleriya zərbələrindən imtina etməyə vadar edib:
“Çünki İran ərazisinə yanlışlıqla mərmilərin düşməsi Tehran tərəfdən dərhal cavabın verilməsinə gətirib çıxaracaq. Bu isə Ermənistan ordusu üçün çox ciddi fəsadlar yarada bilər”.
Tarix: 26-10-2020, 15:13