Ermənistan Rusiyanın Su-30SM qırıcılarını tənqid edib. Ovqat.com xəbər verir ki, məlumatı Rusiyanın hərbi-aviasiya portalı olan
Avia.pro yayıb.
Məlumata görə, Ermənistan Respublikasının Müdafiə Nazirliyi bəyan edib ki, Rusiyanın Su-30SM qırıcılarından istifadə etmələrinə baxmayaraq,
bu döyüş təyyarələri öz tətbiqi baxımından tamamilə faydasızdır, xüsusilə də onların taktiki imkanları məhduddur. Portal, Ermənistan Müdafiə Nazirliyi yetkilərinin bu iddialarını şərh edərkən bildirib ki, “məhdud taktiki imkanlar” deyildikdə, böyük ehtimalla Su-30SM qırıcılarının xüsusilə də maksimum yüksəkliklərdə uçuşları zamanı Azərbaycanın hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilməsi başa düşülməlidir.
“Su-30SM qırıcılarının tətbiqi deyildikdə nəyin nəzərdə tutulduğu isə məlum deyil. Bu gün həmin hərbi təyyarələrin yalnız Azərbaycanla həmsərhəd rayonlarda uçuşlar həyata keçirdiyi,
Bakı ilə birbaşa hərbi münaqişədən qaçmaq üçün öz silahlarından istifadə etmədiyi haqqında məlumatlar var. Faktiki olaraq, bu gün Ermənistanın, ümumiyyətlə, Su-30SM qırıcılarından hərbi əməliyyatlarda istifadə etdiyinə dair heç bir dəlil yoxdur və bu, Rusiyanın Su-30SM hərbi təyyarələrinə istismarçı ölkə tərəfindən ünvanlanan ilk tənqiddir”,-Avia.pro elə yazır.
Tarix: 24-10-2020, 16:44