Tehrana və Kremlə qarşı ABŞ seçkilərinə müdaxilə ittihamı: qara piar, yoxsa...

Milli Kəşfiyyat İdarəsi 4 ştatda seçicilərə hədə dolu elektron məktublar gəldiyini açıqladı, Rusiya və İranı suçladı; Hikmət Hacızadə: “Dünyada hamı bir-birinin seçkilərinə müdaxilə edir:..”

ABŞ-ın kəşfiyyat agentlikləri İran və Rusiyanı 3 noyabrda keçiriləcək prezident seçkisinə indidən müdaxilədə ittiham edir. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, kəşfiyyat idarələri Tehranla Moskvanın seçkiqabağı xaos və çaşqınlıq yaratmaq üçün seçici qeydiyyatı ilə bağlı məlumatlardan istifadə etməyə çalışdığını bildirir.
Milli Kəşfiyyat İdarəsinin direktoru Con Ratklif amerikalıları sakitləşməyə çalışıb və müdaxilə edən hər bir ölkənin bədəlini ödəyəcəyinə söz verib. “Biz seçici qeydiyyatı ilə bağlı bəzi məlumatların İran və Rusiyanın əlinə keçdiyini təsdiq etmişik. Hər iki ölkə seçkilərlə bağlı ictimai rəyə təsir göstərmək üçün spesifik addımlar atıb”, - deyə MKİ direktoru açıqlayıb.
Ratklif Rusiyanın bu məlumatlardan necə istifadə etdiyini deməyib. Lakin İranın kiber aktyorlarının fəal olduqlarını qeyd edib. Onun fikrincə, Tehranın əməliyyatlarından bəziləri ABŞ prezidenti Donald Trampa ziyan vura bilər: “Biz İranın seçiciləri qorxutmaq, sosial iğtişaş yaratmaq və Trampa zərər vurmaq məqsədilə saxta elektron poçtlar yolladığını görmüşük”.
Arizona, Alaska, Pennsilvaniya və Florida ştatlarında seçicilərə göndərilən elektron məktublarda Demokrat seçicilərə “Trampa səs verəcəksən, yoxsa səni təqib edəcəyik” hədəsi var. Ratklif deyib ki, İran həm də bəzi seçicilərin saxta bülleten atmağa meyilli olduqlarını iddia edən video yayıb: “Bu video və saxta bülletenlərlə bağlı hər hansı iddia həqiqətə uyğun deyil”.
Bakı Xəbər - İctimai Siyasi Qəzet
Amerikada əvvəlki seçkilər haqda da kənar müdaxilə iddiaları meydana çıxmışdı. Trampın seçilməsində Rusiyanın təsiri mülahizələri səslənirdi. Bu dəfə də analoji konspirologiyalar, ittihamlar gündəmdədir. Üstəlik, bu fikirləri Demokrat, yaxud Respubikaçı partiyalarından hansısa funksioner deyil, MKİ direktoru irəli sürür.
Amma Tehranın və Kremlin okeanın o tayındakı seçkilərə, ictimai rəyə təsir etməsi nə dərəcədə mümkündür?
Hikmət Hacızadə: `Onlara görə, 20 Yanvarı biz törətmişik. Biz onları  sevmədiyimizə görə, onlar da bunun qarşılığını göstərirlər”
Sualımızı cavablandıran politoloq Hikmət Hacızadənin “Yeni Müsavat”a bildirdiyinə görə, ictimai rəydə çaşqınlıq yaratmaq mümkündür.  Onun fikrincə, dünyada hamı bir-birinin seçkilərinə müdaxilə edir: “Həmin ölkələr öz maraqlarına uyğun namizədin prezident seçilməsi üçün addımlar atırlar. Bu, dünya praktikasında ilk belə hal deyil. Əgər Amerika kəşfiyyatının əlində konkret fakt varsa, qanunvericiliyə uyğun addım ata bilər. Əslində bu, çoxdankı siyasi oyunlardır. Məsələn, Xruşşov da deyirdi ki, Kennedini hakimiyyətə gətirmək üçün bütün imkanlarımızdan istifadə etdik. O dövrdə Amerikada solçu qüvvələrin SSRİ-yə simpatiyası var idi. Eləcə də Həmkarlar İttifaqları antikapitalist mövqedə idilər və sovetə rəğbəti ilə seçilirdilər. SSRİ həmin qruplarla əlaqə yaradır, təbliğat aparır, öz namizədinə səs toplayır. Bu, dünyada həmişə olub və indi də varsa, təəccüblənmirəm”.
STRATFOR”un 2019-cu İL ÜÇÜN PROQNOZLARI:
H.Hacızadənin sözlərinə görə, əvvəlki seçkidə rusların Trampa təsir imkanları olduğu iddiaları meydana çıxmışdı: “Onunla bağlı hansısa kompromat material olub və bundan guya istifadə ediblər, Trampın seçilməsi ilə ona təsir imkanları yaranıb. Amma İrana Trampın qalib gəlməsi niyə lazımdır, aydın deyil. Tramp İrana sanksiya tətbiq edib, nüvə sazişindən çıxıblar. İran niyə onu dəstəkləməlidir?!”
Ramiyə Məmmədova - Teleqraf.com
Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, apreldə eyni ittihamı Tramp səsləndirmişdi: “Amma Çinə qarşı iddia irəli sürmüşdü. Ağ Ev sahibi deyirdi ki, Pekin onun seçilməməsi üçün əlindən gələni edəcək. Çin də təkzib etmişdi ki, heç bir marağı yoxdur. Bu, öz reytinqini qaldırmaq həmləsidir. İndi də kəşfiyyat idarəsi İrandan Trampa ziyan gətirən təxribatlara yol verildiyini bəyan edir. Mənə elə gəlir ki, bütün bunlar onun seçkidə qalib gəlmək şansını artırmağa hesablanıb. Bəzən antireklamın özü də bir reklama çevrilir”.
Ekspert hesab edir ki, amerikalı seçici ayıq-sayıqdır: “Hansısa saxta ”email" məktubları ilə onlara təsir göstərmək inandırıcı görünmür. Əgər “Trampa səs verməsən, təqib olunacaqsan” üslubunda hədə dolu məktublar göndərilirsə, amerikalı seçicini avam yerinə qoymaqdır. Əvvəla, ABŞ-da demokratiya var və hansısa avtoritar rejim hökm sürmür ki, seçici qorxsun. İkincisi, bu saxta məlumatların İrandan gəldiyini sübut etmək lazımdır".
Emil SALAMOĞLU
Tarix: 24-10-2020, 09:15
Xəbəri paylaş



Xəbər lenti