Rusiya Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatına müşahidəçi statusu üçün müraciət edib



Rusiya Qoşulmama Beynəlxalq Hərəkatında müşahidəçi statusu almaq üçün müraciət edib.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Qoşulmama Hərəkatı (Non-Aligned Movement - NAM) formal olaraq heç bir bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatdır.
Hərəkatın yaradılması ideyası 1955-ci ildə İndoneziyada Bandonq konfransında irəli sürülüb. 1961-ci ildə isə Fidel Kastro və marşal İosif Broz Titonun rəhbərliyi ilə Yuqoslaviyada keçirilən konfransda Bitərəf Dövlətlər Hərəkatının yaradıldığı elan olunub.
Təşkilata hazırda Azərbaycan rəhbərlik edir.
Tarix: 22-10-2020, 16:45
Xəbəri paylaş



Xəbər lenti