İranla qucaqlaşan İrəvan indi Tehrana güllə atır

Politoloq: “Rusiya-Türkiyə münaqişəsi alınmadı, indi İranı cəlb etməklə müharibənin arealını genişləndirmək istəyirlər”

Ermənistan, deyəsən, havalanıb. Düşmənin silahlı qüvvələri başını o dərəcədə itirib ki, dünənə qədər can-ciyər dediyi, az qala özünə qardaş hesab etdiyi İranı da vurmağa başlayıb. Paşinyan hakimiyyətinin fərasətsizliyi və isterikası uçurumun elə həndəvərinə yaxınlaşıb ki, Ermənistanın müttəfiqi Rusiyaya belə raket atması təəccübəndirməməlidir. Çünki bir neçə dəfə İranın Araz boyu ərazisini atəşə tutub, sonuncu dəfə ermənilərin atdığı PUA sərhədi keçdiyi üçün vurulub. Hadisə Ərdəbil ərazisində baş verib və kəşfiyyat dronu olduğu müəyyənləşdirilib. İranın hava hücumundan müdafiə sistemləri Ermənistan ərazisindən hərəkət edən aparatı dövlət sərhədini keçdikdən sonra zərərsizləşdirib.
Artıq rəsmi Tehran İrəvana xəbərdarlıq edib. Ölkənin müdafiə naziri Əmir Hatəmi qeyd edib ki, xəta və diqqətsizlik səbəbi ilə İran sərhədlərinə bir mərminin belə düşməsi qəbuledilməzdir. Sitat: “Qafqaz bölgəsində münaqişə tərəflərinə bu məsələ ilə bağlı lazımi xəbərdarlıq göndərilib. Sərhədyanı zona sakinlərinin və İran vətəndaşlarının təhlükəsizliyi əhəmiyyətli mövzu olduğu üçün bu xəbərdarlığa qonşumuz tərəfindən riayət olunacağına ümid edirik”.
PUA, yoxsa Dron?| Pilotsuz Uçuş Aparatlarının təsnifatı – ARAŞDIRMA
Buna qədər İranın yüksək çinli ordu rəsmiləri Ermənistana pilotsuz uçuş aparatları və artilleriya zərbələri ilə bağlı xəbərdarlıq etmişdi. Maraqlıdır ki, İranla həmişə qucaqlaşan İrəvan indi Tehrana niyə güllə atır? Ermənilər qonşu dövləti də münaqişəyə təhrik etmək niyyəti güdür, yoxsa Tehranın Qarabağla bağlı tutduğu mövqeyə görə heyfini çıxır? Bu suallar müəyyən qədər ritorikdir. İranın sentyabrın 27-dən başlanan müharibə ilə bağlı sərgilədiyi mövqe Azərbaycan xalqını və rəsmi Bakını qane etmirdi. Eyni zamanda İrandakı azərbaycanlıların rəsmi Tehranın siyasi kursuna etirazları, keçirilən nümayişlər təsirini göstərdi. Ona görə Tehran Ermənistanın işğalçı siyasətini pislədi, Dağlıq Qarabağın Azərbaycana aid olduğunu açıqladı, düşmən ölkəyə heç bir silah-sursat daşınmadığını bəyan etdi. Ardınca, İran prezidenti Həsən Ruhani azərbaycanlı həmkarı İlham Əliyevə zəng etdi, sonra öz çıxışında ölkəmizin mövqeyini dəstəklədi. Bütün bunlar Ermənistanın İranı da itirməsi kimi qiymətləndirilə bilər. İrəvan Rusiyadan sonra İranın da ondan üz çevirdiyini gördüyü üçün əlacsızlıqdan vaxtilə bağrına basdığı ölkəni hədəf alır.
Elxan Şahinoğlu: "Rusiya rus kəşfiyyatçılarının qətli ilə bağlı məsələyə  aydınlıq gətirməlidir" » 7news.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar,  təhlillər və müsahibələrin tək ünvanı
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Ermənistan ilk növbədə bu əməlləri ilə başını itirib. Onun sözlərinə görə, məntiqlə nə İranı, nə bizim şəhərləri, nə enerji xətlərini hədəf almamalıdırlar. “Ermənilər fikirləşirlər ki, biz batırıqsa, qoy hamı batsın. Eyni zamanda İranı vurmaqla müharibənin arealını genişləndirmək istəyirlər”, - deyə E.Şahinoğlu “Yeni Müsavat”a bildirdi. Ekspert hesab edir ki, İran münaqişə ilə bağlı mövqeyini korrektə edib: “Əvvəl xəbərlər yayıldı ki, bu ölkə üzərindən Ermənistana hərbi texnika daşınır. İndi belə məlumatlar yayılmır. Çünki İran qalibin yanında olmaq istəyir. Ona görə Ermənistan İrana raket zərbəsi endirməklə prosesi dəyişə bilməz. Əksinə, bu halda İranın Azərbaycana dəstəyi arta bilər. Həmçinin Ermənistan neft borularını vurmaqla Qərbi hiddətləndirdi. Sonra bu müharibədə Rusiya-Türkiyə münaqişəsi yaratmağa cəhd etdilər, alınmadı, indi İranı işə qatmaq istəyirlər. Bu da alınmayacaq. Ermənilər aqonik vəziyyətdədir”.
Hərbi ekspert Azad İsazadənin fikrincə, Ermənistan o vəziyyətdə deyil ki, İrandan heyif çıxa bilsin. Onun sözlərinə görə, həmin ərazidə elə obyekt də yoxdur ki, sıradan çıxarsın. “Amma təsadüfə oxşayır. Özünə hörmət edən ölkə bu cür atışlara reaksiya verməlidir və İran da məntiqlə Ermənistana xəbərdarlıq edib. Obrazlı desək, ailəmin yanında təsadüfən qonşum söyüş söyübsə, istənilən halda hansısa formada mənə pislik edib. İran da Ermənistanın davranışını belə qiymətləndirir. Az qala ermənilərə deyir ki, ata bilmirsiniz atmayın, atırsınız, bizi niyə vurursunuz? Amma güman etmirəm ki, düşünülmüş formadadır. Düzdür, ermənilərdən hər şey çıxar, müharibənin mqiyasını genişləndirmək istəyə bilərlər. Sadəcə, indi onların prosesə təsir imkanları qalmayıb”.
Emil SALAMOĞLU
Tarix: 21-10-2020, 10:17
Xəbəri paylaş



Xəbər lenti