İbrahim Qaragül“Yeni şafak”, Türkiyə, 20 oktyabr 2020-ci il Ermənistan Baş naziri
Nikol Paşinyan “Avropa bunu yaxşı bilməlidir ki, Türkiyəni Şimali-şərqdə və Cənubi-şərqdə durduran son əngəl Ermənistandır” deyib.
Şimali-şərqi anladıq, özləridir. Yaxşı, bəs, Cənubi-şərq haradır. Ermənistan Cənubi-şərqdə də Türkiyə ilə savaşır?
Bu, Avropa, ABŞ, İsrailin, onun “yeniyetmə dostları” olan ərəb rejimlərinin və İranın bütün gizli sirlərini, Türkiyəyə yönəlik bütün gizli hesablarını açığa çıxaran bir cümlədir.
Türkiyə Şərq və Cənub qapılarını açıq tutmalı, Qərb qapısını möhkəmləndirməlidir.Paşinyanın Şimali-şərq dediyi yer Qarabağ, işğal altındakı Azərbaycan torpaqları, Türkiyə ilə Azərbaycanın quru əlaqəsini kəsən o coğrafiyadır. Cənubi-şərq dediyi yer isə İraq və Suriyanın şimalı, Türkiyənin şərqi və cənubi-şərqidir.
Birincisində Türkiyə ilə türk dünyası arasındakı quru əlaqəsi kəsilir, Türkiyə üçün Şərq qapısı bağlanır.
İkincisində isə Türkiyə cənubdan mühasirəyə alınır, cənub qurşağı ilə, müsəlman ərəb dünyası ilə quru əlaqəsi kəsilir. Türkiyə üçün Cənub qapısı bağlanır.Bunun 3-cü ayağı – Şərqi Aralıq dənizi və Egey dənizindən Qərb qapısını bağlamaq planları da vardır. İndidən Şərqi Aralıq dənizi və Egey dənizində bunun mübahisələri, gərginlikləri başladı, bu bölgələrdə Türkiyəyə qarşı cəbhələr quruldu belə…
Lakin Cənubdan və Şərqdən mühasirəyə alma planları çökdü. Qərbdən mühasirəyə alma planları da çökəcək.
Türkiyə, İraqın şimalında terrorla mübarizə apararaq və Suriyanın şimalında terror xəritəsini ortadan qaldıraraq, Cənub qapısını açıq tutmağa çalışır. İran sərhəddindən Aralıq dənizinədək uzanan xəritəni yırtır, mühasirəni yarır.
Azərbaycanın Qarabağı və işğal altındakı torpaqlarını qurtarmasına dəstək verərək də Şərq qapısını açıq tutmağa çalışır.
Şərqdən mühasirəni yarmağa, ortadan qaldırmağa çalışır.
Şərqi Aralıq dənizində qurulan bütün cəbhələrə meydan oxuyaraq, təbii qaz ortaqlıqlarına qarşı öz qaynağını çıxarma yönündə mübarizə apararaq, Aralıq dənizində küncə sıxışdırılma planlarını da dağıdır.
Egey dənizində Yunanıstanı önünə itələyənlərin, adaların silahlandırılmasının, Yunanıstanı mərkəzə qoymaqla cəbhələrin qurulmasının, ABŞ və Avropanın bölgəyə hərbi güc toplamasının, İsrail və bəzi ərəb rejimlərinin Türkiyəyə qarşı cəbhə qumasının önünə keçməyə çalışır.
Baxın, görün, adam bir cümlə ilə hansı planları ifşa etdi?Türkiyə üç qapını da açıq tutmağa, onu Anadolu içində boğmağa çalışanlara meydan oxumağa, bu beynəlxalq planları çökdürməyə, “Türkiyəni durdurma” hesablarını neytrallaşdırmağa çalışır.
Ermənistan Baş naziri Paşinyan Azərbaycan torpaqlarının hansı plan daxilində işğal edildiyini, Ermənistanla PKK və YPG ortaqlığını, İran və Rusiyanın türk dünyasını bölmə planlarını, İran sərhəddindən Aralıq dənizinədək uzadılan “Terror dəhlizi” xəritəsinin ABŞ və Avropa tərəfindən nə üçün ssenariləşdirildiyini, Şərqi Aralıq və Egey dənizlərindəki gərginliyin qaynağını tək bir cümlə ilə deşifrə etdi.
Hər yerdə Türkiyəni vurduq. Bizə söz vermişdiniz, bəs nə oldu?Paşinyan, ABŞ və Avropaya bunu dedi:
“Bizə söz vermişdiniz, bəs nə oldu? PKK ilə birlikdə çalışdıq. Onlar cənubi-şərqdən vurdu, biz şimali-şərqdən vurduq. Birlikdə çalışdıq, həmrəylik göstərdik, bütün cəbhələrdə Türkiyəyə hücum etdik. Bizə nə dedinizsə, etdik. İndi bizi niyə yalnız buraxdınız?”Bu gün cəbhədə mübarizə aparılan hər yerdə çox dərin tarixi və geopolitik hesablar, çox ciddi xəritə planları, Türkiyənin XXI əsrini girov götürmə təşəbbüsləri vardır.
Bu cəbhələrdəki bütün problemləri başqaları çıxarmışdır. Münaqişlərin hamısı Türkiyəni dar bir sahəyə həbs etmək planları üçün çıxarılmışdır. Əhatəmizdəki bütün münaqişə zonaları bu üzdən yaradılmışdır.
Biz Qərblə məşğul ikən onlar bizi Şərqdən vurur. Bu, əsrlərdir belədir. Tarixin ən böyük gerçəyi ilə daha bir dəfə qarşı-qarşıya gəldik. Türkiyə nə zaman Qərblə böhran yaşayırsa, Qərbdən sıxışdırılırsa, mühasirəyə alınırsa, çətinliyə salınırsa, hücumlara məruz qalırsa, Şərqdən vurulur. Əsrlər ərzində daima belə olub. Heç istisna olmayıb.
İran ənənəvi olaraq bu siyasi şəraiti daim çox diqqətli şəkildə Türkiyəyə qarşı istifadə etmişdir. Ermənistanla Azərbaycan arasındakı problem bir Rusiya-İran planı, xəritə çalışmasıdır. Bu, türk dünyasını, coğrafiyasını iki yerə bölmə planıdır.
Türkiyə ilə Qərb arasında yenə problemlər yarandı. Şərqi Aralıq və Egey dənizlərində gərginlik yaranmağa başladı. Ermənistan da həmən Azərbaycan torpaqlarına hücum etməyə başladı. Həmən Şərqdə böhran yarandı.
Yenə İran və Rusiya, təbii, Qərblə birlikdə bu böhranın içindədir.
Savaş təlimatı Qərbdən, logistika dəstəyi İrandan gəlir. Ssenari yenə dəyişmədi.
Bu savaşı, hücumu tenderə kim çıxardı? Yerevana savaş təlimatını kimlər verdi? Paşinyanın dediyi kimi,
tenderi Qərb elan etdi, savaş təlimatını da Qərb verdi. İranın refleksi ilə birləşən bir gündəlik hərəkətə keçirildi.
Amma bu plan artıq baş tutmayacaq. Türkiyə bütün cəbhələrdə apardığı mübarizəni bu tarixi və geopolitik gerçəklərə görə biçimləndirir. Elə hərəkət edir. O, ağılla müdaxilə edir. Öncə özünə ayaq bağı olacaq problemləri həll edir.
Artıq terror təşkilatları ilə, vəkalət savaşlarıyla, bölgədəki ortaqlarıyla Türkiyəni mühasirəyə almaq imkanları qalmadı.
Onlar mühasirəyə almağa çalışdıqca, Türkiyə daha çox irəli gedəcək. Öz müdafiəsini daha dərinlərdə quracaq.Çətin olan iş xəritəni dəyişdirməkdir. Biz də öz planlarımızla varıq!Çətin olanı xəritəni dəyişdirməkdir.
Onlar xəritələrlə gəlirsə, biz də öz xəritə planlarımızla hərəkət edəcəyik. Edirik də…Şərq və Cənub qapısı əsla qapadılmayacaq. Türkiyə buna izin verməyəcək. Həm xaricdəki, həm də daxildəki mühasirəni yaracaq, yarır da. Çünki artıq “müdafiə dövrü” bitdi. Qarşısına terror təşkilatları çıxarılsa da, bölgədəki rejimlər çıxarılsa da, özləri çıxsa da bu plan XXI əsrdə həyata keçirilə bilməyəcək.Fövqəladə hallar çağının ən hazırlıqlı ölkəsi Türkiyədir. Bu, mübarizələrin getdiyi bir dünyadır.
Kim daha erkən, daha hazırlıqlı başlayarsa, o da yol qət edəcək. Bu yeni dünyanın mərkəzinə yerləşəcək.
Bu yeni dünyaya fövqəladə hallar çağı deyirik.
Gücə nəzarət dağıldı. Türkiyə bu fövqəladə hallar çağına ən hazırlıqlı olan ölkə halına gəldi. Tezisləri, iddiaları, tənqidi yanaşması, gücü, imkanı olan bir ölkə oldu.
Ənənəvi güc mərkəzlərinə, güclü ölkələrə bağlı olmağın bir çox ölkəni məhv edəcəyinə şahid olacağıq.
Supergüclərin içinə qapanacağını, öz problemlərilə boğuşacağını, sürpriz ölkələrin yüksəlişə keçəcəyini görəcəyik.Türkiyə indidən XXI əsrin ən parlaq yüksələn gücü oldu. Onların açdığı bütün cəbhələrdən zəfər xəbərlərini artıq biz alacağıq.Böyük fırtına Qərbdən gəlir. Bu, önlənə bilməz.Qafqazdan, Azərbaycandan daima zəfər xəbərləri alacağıq. İraqdan gələn təhdidləri bir daha problem yaratmayacaq şəkildə həll edəcəyik. Suriyanın şimalında hələ tamamlanmamış olan işimizi tamamlayacağıq.
Aralıq dənizindən İran sərhəddinədək, Mosul-Hələb xəttinin şimalında Türkiyə üçün heç bir təhdid qalmayanadək müdaxilə edəcəyik, etməliyik.
Böyük fırtına Qərbdən yaxınlaşır. Bu fırtına ilə mübarizə etmək üçün ətrafımızda nə qədər problem varsa, öncəliklə onları həll edəcəyik. Bu, geopolitik gerçəklikdir. Önlənə, durdurula bilməz.Tərcümə Strateq.az-ındır
Tarix: 21-10-2020, 08:25