ABŞ-da 30 milyondan çox vətəndaş noyabrda baş tutacaq prezident seçkiləri üçün erkən səsvermədə iştirak edib.
"Report" "TASS"a istinadən xəbər verir ki, müvafiq hesablamalar bazar ertəsi günü Florida Dövlət Universitetinin professoru Maykl McDonald tərəfindən yaradılan "United States Elections Project" adlı portalda dərc edilib.
Portalın verdiyi məlumata görə, səsvermədə 30 242 866 vətəndaş iştirak edib. Ən çox erkən səsvermədə liderlik Texasda reallaşıb - 4 064 685 nəfər.
Daha sonra ardıcıl olaraq Kaliforniya (3 037 970) , Florida (2 509 245), Şimali Karolina (1 526 973) ştatları gəlir. Corciya, Miçiqan, Virciniya və Nyu-Cersi ştatlarında isə 1 milyonu keçir.
Tarix: 20-10-2020, 07:08