“Yaşayış yerlərinə zərbələr endirmək yolverilməzdir” - Lavrov



Mülki yaşayış məntəqlərinə zərbələrin endirilməsi dayandırılmalıdır.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Avropa Şurasının baş katibi Mariya Pesçinoviç Buriç ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, Moskva razılşamasına baxmayaraq, sivil yaşayış yerlərinə zərbələr endirilməsi davam edib, bu, yolverilməzdir. Lavrov atəşin dərhal dayandırılmalı olduğunu deyib.

Qeyd edək ki, oktyabrın 16-dan 17-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub, 52 nəfər yaralanıb.
Tarix: 19-10-2020, 16:34
Xəbəri paylaş



Xəbər lenti