Türk general: "Rusiya Azərbaycana qarşı hərbi addımlar atsa, əmin olsun ki, qarşısında Türkiyə Ordusunu görəcək"


"Əgər Rusiya işğalçı Ermənistanın yanında dayanıb Azərbaycana qarşı hərbi addımlar atarsa, əmin olsun ki, qarşısında Türkiyə Ordusunu görəcək". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Türkiyə Hava Qüvvələri Akademiyasının rəhbəri, ehtiyyatda olan general-mayor Kürşat Atılgan bildirib. 
 
Kürşat Atılgan deyib ki, Rusiya regionda doğrudan da söz sahibi olmaq istyəyirsə, o zaman işğalçı Ermənistanın Azərbaycana qarşı terror aktlarına cavab verməlidir:

"Ermənistan terrorçuları bu gecə də Gəncədə mülki əhalini raketlə vuraraq şəhid ediblər. Orada dünyasını dəyişən qardaş və bacılarımıza Allahdan rəhmət diləyirəm. Bu, bir daha Ermənistanın terror dövləti olduğunu göstərir. Nə üçün Rusiya, Fransa Ermənistanın terrorçu addımlarına səsini çıxarmır? Gəncədə həlak olanlar hərbiçilər belə deyil, dinc əhalidir, bizim azərbaycanlı qardaşlarımızdır. İşğalçı Ermənistan Gəncəni vurmağına görə çox peşiman olacaq. Azərbaycan Ordusu bunun intiqamını alacaq və hazırda da alır. Güclü Azərbaycan Ordusu torpaqlarını erməni işğalından azad etməklə Gəncənin intiqamını alır".

Kürşat Atılgan qeyd edib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi Gəncəyə raket atmaqla dinc azərbaycanlılara qarşı ikinci Xocalı soyqırımını törətmək istəyir:

"Ermənistan terror üzərində qurulan bir dövlətdir. Bəlkə də dünyada ermənilər kimi ikinci terrorçu millət yoxdur. Bir neçə il bundan əvvəl mən NATO-nun toplantısında iştirak etmək üçün İrəvanda səfərdə oldum. Həmin vaxtı da şahid oldum ki, ermənilərdə türklərə qarşı çox radikal nifrət mövcuddur. Türkə nifrət bəsləmək Ermənistanda bir siyasət halına gətirilib". 
Tarix: 17-10-2020, 15:30
Xəbəri paylaş



Xəbər lenti