Yenisabah.az xəbər verir ki, Rusiyalı hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko Ermənistan silahlı birləşmələrinin Gəncəni raket atəşinə tutmasına öz "Twitter" səhifəsində reaksiya verib.Ekpert qeyd edib: "Şəhərləri raket atəşinə tutmaq nəyə lazımdır? Burada hərbi baxımdan heç bir məqsədəuyğunluluq yoxdur. Ermənistan çox təhlükəli oyun oynayır. Əmri kim verdi? Paşinyan? Amma, o çox dalğın görünür... Tonoyan?"
Qeyd edək ki, Ermənistan hücumu nəticəsində Gəncədə 12 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Tarix: 17-10-2020, 09:59