Çətinər Çətin“Habertürk”, Türkiyə, 21 sentyabr 2020-ci il Terror təşkilatı PKK-ya qanunsuz şəkildə Suriya neftini satma səlahiyyəti verən
ABŞ, təşkilatın Suriya qolu olan PYD/YPG-ni muxtariyyatın verilməsi prosesinə hazırlayır. Fransadan gələn 64 nəfərlik xüsusi bir heyət PYD-nin daxili strukturlaşması ilə bağlı infrastruktur yaradır, ABŞ isə Suriyanın şimalındakı qruplar arasındakı düşmənçilikləri və gedən mübarizəni ortadan qaldırmaq üçün görüşlər həyata keçirir. Bu görüşlərin intensivliyi xüsusilə
son 6 həftədə ən üst səviyyəyə çıxarılmışdır.
Görünən odur ki,
ABŞ və Fransanın etdiyi bu həmlələrə Rusiya da yaşıl işıq yandırmışdır.
ABŞ-ın Suriya üzrə xüsusi təmsilçisi
Ceyms Cefri, PKK və digər kürd partiyaları ilə önəmli görüşlər həyata keçirmək üçün dünən axşam saatlarında Suriyanın şimalına gedib. Və vaxt itirmədən həmən görüşlərə başlayıb.
Bölgədə olan bir siyasi mənbə Cefrinin
Suriya Kürdləri Milli Məclisi (SKMM) və ən böyük gücünü PKK-nın Suriya qolu olan PYD-nin təşkil etdiyi
Kürdüstan Milli Birlik Partiyaları (KMBP) ilə görüşlərə başladığını bildirib. O, Cefrinin öncə ABŞ diplomatlarının və MKİ-nin təşəbbüsü ilə başladılan, lakin onların tərəfləri razı sala bilmədikləri
7 əsas başlıqla bağlı görüşlər keçirəcəyini ifadə edib.
Əgər tərəflər anlaşarsa, ABŞ 80 nəfərlik bir heyətlə PYD/YPG-nin Suriyadakı asayiş gücünə təlim keçəcək.Mənbəm, dünən keçirilən görüşlərdə Cefrinin bütün kürd qruplarının birləşməsi halında, ABŞ-ın bəzi müttəfiqlərilə birgə həm maliyyə ilə, həm də muxtariyyatla bağlı dəstək verəcəyinə söz verdiyini söyləyib.
Xülasə,
kürd qruplarının PKK çətiri altında birləşdirilməsi əməliyyatına start verilib, proses işə salınıb…Digər tərəfdən, Suriya rejimi və PKK arasındakı mürəkkəb münasibətlər də diqqəti cəlb edir. Bir neçə gün öncə
Bəşər Əsədə yaxın Hüsam Qatırcının şirkətinə məxsus onlarla neft tankeri PKK nəzarətində olan nefti Humus vilayətinə daşımaq üçün PYD nəzarətində olan bölgələrə keçib.
Neftlə birlikdə, digər önəmli əmtəə olan buğdanın ticarəti də eyni şəkildə davam edir.
Gözümüz Şərqi Aralıq dənizindədir. Lakin biz ora döndük deyə, Suriyada işlər durmur.
Rusiya boş durarmı?Əlbəttə,
ABŞ meydanda bu qədər aktiv olduğu halda, Rusiya da boş durmur. Hətta
“Rusiyanın Suriyadakı PKK kozırı, ən azı, ABŞ-ın kartı qədər kəskindir” deyə bilərik.
Ötən günlərdə Moskvada Rusiyanın vasitəçiliyi ilə Suriya Demokratik Şurası (SDŞ) ilə Suriya “Xalqın İradə Partiyası” arasında ölkədəki PKK tərəfdarı olan və PKK-dan uzaq duran, kənarda qalan partiyaların Suriya böhranının həllinə cəlb olunması ilə bağlı bir anlaşma imzalandı. Üstəlik, bu hadisə türk heyəti Moskvada görüşlər keçirərkən baş verdi. Rus diplomatiyasının gözü ilə baxılarsa, Suriyada kürd kartının digər ucunu ABŞ-a rusların özləri vermiş oldu.
Rusiya Xarici işlər naziri
Sergey Lavrov ofisində qəbul etdiyi
Suriya Demokratik Güclərinin (SDG) Suriyadakı siyasi prosesə qatılma haqqına sahib olduğunu söylədi. O, SDG-nin Cenevrə və ya Astanadakı Suriya toplantılarına qatılmaması halında, bir çatışmazlıq olacağını bildirdi.
İndi Rusiyanın önümüzə nə çıxaracağını vaxtı gələndə görəcəyik.
Mənbələrimdən əldə etdiyim məlumatlara görə,
tərəflərin Moskvada imzaladığı anlaşmada diqqəti cəlb edən əsas 7 başlıq aşağıdakılardır:– Yeni Suriyada Suriya torpağı və Suriya xalqı bir bütün olacaqdır. Yeni Suriya demokratikdir, bərabərlik və sosial ədalət prinsiplərinə görə hərəkət etməkdədir;– Yeni Suriya polietnik (çox sayda etnik qrupu olan – tərc.) bir dövlətdir. Kürd, ərəb, assur, türkmən, erməni və çeçen xalqları vahid bir dövlətdə birləşmişdir. Yeni Suriya həm demokratik konstitusiyaya, həm də mərkəzləşdirilməmiş idarəetmə formasına sahib olacaqdır;– Xarici siyasət, müdafiə və iqtisadi əlaqələrlə bağlı məsələlər birlikdə həll ediləcəkdir;– Suverenliyin yenidən qazanılmasına gedən yol 2254 №-li Cenevə qərarının protokoluna uyğun olacaqdır: bütün sanksiya və embarqolara son verilməli və bütün xarici güclər Suriyadan çıxarılmalıdır;– Milli qurum olan Suriya Ordusu siyasətlə deyil, yalnız hərbi məsələlərlə məşğul olmalıdır;– Hər iki tərəf də Suriyadakı böhranın həlli üçün Cenevrə Bəyənnaməsinin tətbiq edilməsini dəstəkləyir. Müxalifət partiyaları siyasi islahatlara qatılacaqdır;– Şimali və Şərqi Suriya Muxtar Administrasiyası (2016-cı ildə muxtariyyat elan edən, PYD nəzarətində olan Rojava nəzərdə tutulur) bölgə əhalisi və Suriya üçün bir zərurət olaraq qəbul edilməlidir.Bu uzlaşma mətni tərəflərin dar qəliblər içində bir muxtariyyat üçün infrastruktur yaratdığını göstərir.Rusiya Liviyada saxlanılan vətəndaşları üçün Türkiyədən kömək gözləyirTürkiyə və Rusiya əlaqələri Suriyada və Liviyada bir-birindən ayrı işləyir.
Tərəflər fərqli cəbhələrdə yer alsalar da, əməkdaşlıq etmək üçün bir çox sahə yaranır. Bu səbəblə, həm Liviyada, həm də Suriyada minalanmış ərazidə yeriməyə çalışmaq kimi bir durumdan söhbət gedir.
Məsələn, Rusiya Prezidentinin Yaxın Şərq üzrə xüsusi təmsilçisi, Rusiya Xarici işlər nazirinin müavini
Mixail Boqdanov, Liviyada saxlanılan Rusiya vətəndaşlarının azad edilməsilə bağlı Ankaradan dəstək almaq üçün görüşlərə başlayıb.
Ankara və Moskva Rusiya vətəndaşlarının Liviyada rəsmi dövlət qurumları, yoxsa bögədəki bəzi qruplar tərəfindən saxlanıldığını araşdırmaq üçün bölgədə fəaliyyət göstərir.
Tərcümə Strateq.az-ındır
Tarix: 22-09-2020, 15:12