Hökumət tam tərkiblə istefaya getdi - Yaponiyada




Yaponiya baş naziri Sindzo Abe və onun təmsil etdiyi hökumət tam tərkiblə istefaya gedib.
 
Pravda.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə bu barədə Yaponiya hökuməti başçısının ofisi məlumat yayıb.
 
Yaxın bir neçə saat ərzində Yaponiya parlamenti yeni baş naziri seçəcək. Onun hakim Liberal Demokrat Partiyasının yeni sədri Yosihide Suqanın olacağı gözlənilir. Bundan sonra Suqa yeni hökumətin tərkibini açıqlayacaq.
 
Əsas vəzifələrin çoxunun Sindzo Abenin son hökumətinin tərkibində olan nazirlərin ixtiyarında qalacağı gözlənilir. Xüsusilə xarici işlər naziri Tosimitsu Moteqi, maliyyə naziri Taro Aso, dövlət torpaqları, infrastruktur, nəqliyyat və turizm naziri Kadzuyosi Akaba, həmçinin Olimpiya və Paralimpiya işləri üzrə nazir Seyko Hasimoto və iqtisadiyyatın bərpası naziri Yasutosi Nisimura öz mövqelərində qalacaqlar.
 
Bundan başqa, müdafiə naziri Taro Kono gözlənilən dəyişikliklər zamanı vəzifəsindən ayrılacaq və yerinə əvvəllər xarici işlər nazirinin müavini olmuş və Sindzo Abenin kiçik qardaşı Nobuo Kisi təyin ediləcək.APA
Tarix: 16-09-2020, 07:14
Xəbəri paylaş



Xəbər lenti