Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya rəsmi səfər üçün yola düşüb.Demokrat.az “RİA Novosti”yə istinadən xəbər verir ki, səfər 9 avqust prezident seçkilərindən sonra Belarus liderinin ilk xarici səfəri olacaq.
Səfər çərçivəsində Lukaşenko Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək və danışıqlar təkbətək formatda aparılacaq.
Ölkə liderləri müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın vəziyyətini və inkişaf perspektivlərini, ittifaq münasibətlərini, beynəlxalq problemləri və bölgədəki vəziyyəti, ortaya çıxan çağırışlara birgə cavab məsələlərini müzakirə edəcəklər.
Tarix: 14-09-2020, 13:06