ABŞ-ın birinci xanımı Melaniya Trampın keçmiş rəfiqəsi və köməkçisi Stefani Uinston-Volkoff onun maskanın altında saxladığı sirlərinin olduğunu bildirib.
Bu barədə “BBC Newsnight” yazıb.
“İctimaiyyət üçün Ağ Ev rəhbərinin arvadı “sirr” olaraq qalır, insanlar onun ölkənin 45-ci prezidenti ilə birgə həyatında hər şeyin yerində olub-olmadığını sualını verirlər. Müzakirələr gedir ki, “görəsən qurbandır?”, “ev həbsindədir?”, “boşanmaq istəmir?”.
S.Volkoffun sözlərinə görə, əslində əri kimi birinci xanım da manipulyatordur. O qeyd edib ki, bu evliliyin arxasında bir sıra hesablar dayanıb:
“Son 20 il Melaniya üçün çox dinamik keçib: gənc modeldən, Donaldla görüşə, oğlunun doğulmasından, ABŞ vətəndaşlığı almasına kimi 10 il keçib və o, birinci xanımdır”.
Tarix: 12-09-2020, 20:28