Kim Çen In dayısını necə öldürdüyünü Trampa danışıb - TƏFƏRRÜAT

ABŞ-da prezident Donald Tramp haqda daha bir kitab çapdan çıxıb. Bu dəfə Ağ evdə akreditə olunmuş jurnalist Bob Vudvordun “Qəzəb” adlı kitabında Trampın Şimali Koreya lideri Kim Çen Inla görüşləri və münasibətləri barədə özəl məlumatlar paylaşılır. Bu məlumatları müəllifə vaxtilə Tramp özü çatdırıb.
Virtualaz.org xəbər verir ki, Bob Vudvord Trampın ona Kim Çen Inla necə yaxşı anlaşdığını danışdığını yazır. “Mən onun çox xoşuna gəlmişəm. O da mənim xoşuma gəlir. Biz biz yola getmirik. Bu o demək deyil ki, mən sadəlövhəm. Bu o demək deyil ki, mən bizim aramızda hər şeyin gözəl və hamar olacağını düşünürəm. O, səhvə yol verən oğlan deyil. Və o, ağıllıdır, çox ağıllıdır”,-Tramp Vudvordun kitabı üçün ona verdiyi 18 müsahibədən birində deyir.
Habelə Tramp bildirir ki, Şimali Koreya lideri görüşlərdə ona “hər şeyi danışır”. ABŞ prezidentinin dediklərindən sitat: “Mən onun haqqında hər şeyi bilirəm. O, öz dayısını öldürüb və meyitini birbaşa parlamentarilərin keçdiyi pilləkənlərin üstünə qoyub. Başı kəsilib və sinəsinin üstünə atılıb. Sizcə bu qəddarlıqdır? Bilirsiniz, hamı düşünür ki, bizim siyasətdə hər şey qəddardır”.
Kim Çen Inın dayısı, Şimali Koreyada yüksək vəzifə tutan Çan Son Txekin xüsusi qəddarlıqla öldürüldüyü haqda xəbərlər 2013-cü ildə yayılmışdı. O vaxt bildirilirdi ki, Kim Çen In dayısını vəhşi köpəklərə atıb və diri-diri parçaladıb. Daha sonra isə onun dayısını pulemyotla güllələdiyi bildirilirdi.
Xatırladaq ki, ABŞ və Şimali Koreya liderləri bir neçə dəfə görüşüblər. Bu danışıqlarda məqsəd Pxenyanın nüvə silahından tərksilah edilməsi idi. Lakin danışıqlar uğursuz nəticələnib.
Habelə görüşlərdən başqa Tramp və Kim Çen In bir-birlərinə 27 məktub yazıblar. Bu məktubların ancaq 2-i barədə məlumat açılqlanmışdı. Bob Vudvord yazır ki, məktubların hamısının məzmunu ilə tanışdır. Və məktublarda tərəflər bir-birlərinə şəxsi sədaqət, sevgi ifadə edirlər. Bu, az qala bir-birlərini sevən iki gəncin yazdıqları məktublara oxşayır.
Vudvord bildirir ki, yazışmaları oxuyandan sonra Tramp ona zəng vurub və kitabında Kim Çen Inı ələ salmamağı tələb edib. CNN telekanalı məktublardan ikisinin tam mətnini dərc edib. Onlardan biri 2018-ci il dekabrın 25-də, digəri 2019-cu il iyunun 10-da yazılıb. Kim Çen In Trampı “Əlahəzrət” adlandırır. “Sinqapurdakı tarixi Şimali Koreya-ABŞ sammitindən 200 gün keçdi. Lakin mən indi də həmin tarixi məqamı, Siz Əlahəzrətin əlini həmin gözəl, müqəddəs məkanda bərk sıxmağımı unuda bilmirəm. Ümid edirəm ki, mən həmin günü bir daha yaşaya biləcəyəm”,-Kim Çen In yazır...
Tarix: 12-09-2020, 09:06
-
Dünən, 23:21
Səhiyyə Nazirliyi vakansiyalarla bağlı məlumat yaydı: İnanmayın!
-
Dünən, 22:46
Xaricdə pulsuz olan dövlət universitetləri Azərbaycanda niyə pulludur?
-
Dünən, 22:44
“Azərsun”un sığındığı professor, mənimsənilən kapital və... - “Daşlı Bulaq” suyundakı 20 min manatlıq şübhəli əməliyyat
-
Dünən, 22:42
İcra Hakimiyyəti “ərazi satılmayıb” dedi – Bəs gimnaziyanın stadionundakı köşklər niyə götürüldü?
-
Dünən, 22:39
Səhiyyə Nazirliyinin tabeliyindəki qurum “Avromed”ə 1.7 milyon ödəyəcək
-
Dünən, 22:36
QHT-lərə Dövlət Dəstəyi Agentliyində saxta imza niyə araşdırılmır? -Cavabsız suallar dolu sükut davam edir...
-
Dünən, 22:34
117 saylı bağçada "ölü canlar" şəbəkəsi -İDDİA/VİDEO
-
Dünən, 22:31
Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi -DETALLAR
-
Dünən, 17:15
Taliban rejiminə qarşı yeni hərbi əməliyyatlara başlayıb - General Sadat kimdir və ya o, nə istəyir? (TƏHLİL)
-
Dünən, 16:50
Çimərlikdə istirahət edərkən PUA ilə vuruldular - Ölənlər var(VİDEO)
-
Dünən, 13:12
Azərbaycanda vergi işçiləri həbs edildi
-
Dünən, 13:09
İcra məmurunun “çay fərmanı”: Ya desert, ya “paşol”…
-
Dünən, 12:52
40 yeni qırıcı, milyardlarla dollarlıq müqavilə: "Forbes" Azərbaycandan yazdı
-
Dünən, 12:03
İki ay əvvəl işdən çıxarılan rəisə – Cinayət işi açıldı
-
Dünən, 11:58
Xəbərləri olmadan 3 nəfərin adına şirkət açıldı, milyonlarla manat borc yarandı (VİDEO)
-
Dünən, 10:13
Azərbaycan pasportu ilə vizasız gedə biləcəyimiz ölkələr (SİYAHI)
-
Dünən, 10:06
Yaqub Hüseynovun "Qaynana" restoranında QALMAQAL: Narazı qalan türkiyəli qonaq çağırış etdi + VİDEO
-
Dünən, 09:49
Əkrəm Həsənov: “Qeyri-şəffaf insanlar bizə şəffaflıq dərsi keçir”
-
2-08-2026, 23:22
"Yaşayan Nostradamus" növbəti hadisələrin proqnozunu verdi
-
2-08-2026, 23:04
Pakistanda terror törədildi - Xeyli sayda ölən və yaralanan var
-
2-08-2026, 17:50
Rusiya 1900 dron, 1600 KAB və 144 raketlə HÜCUMA KEÇDİ – 16 vilayət VURULDU
-
2-08-2026, 14:09
Hərbi əməliyyatlar üçün hazırlıq başladı – Yeni müharibə qaçılmazdır
-
2-08-2026, 10:20
Bahar Enerji Əməliyyat Şirkəti Bahar dövlət büdcəsini, pulları nəyə xərcləyir?
-
1-08-2026, 23:02
Xəstələr dərmanları pulsuz nə vaxt alacaqlar?
-
1-08-2026, 21:19
ŞOK İDDİA: "Atlant" İstirahət Mərkəzində istirahət kabusa çevrildi?
-
1-08-2026, 20:38
Masallıda zibil poliqonundakı yanğın taxıl sahələrinə keçdi
-
1-08-2026, 20:31
“İllərlə yaratdığım biznesi əlimdən aldılar” – Köhnə şəhərdə təzə oyunlar
-
1-08-2026, 20:24
Maliyyə Nazirliyi Qarabağda Bərpa və Tikinti xidmətində yoxlamaya başladı
-
1-08-2026, 17:16
“Arpa işi”ndə icra başçısı sakinlərə uduzdu
-
1-08-2026, 17:12
Cəllabada QAZİLƏRİN dərmanlarını vermirlər... - "...bilərək ZÜLM EDİRLİR" VİDEO