Prezident iğtişaşları bir neçə dəqiqədə yatıracaq


Prezident iğtişaşları bir neçə dəqiqədə yatıracaq

ABŞ Prezidenti Donald Tramp seçkidən sonra yarana biləcək iğtişaşların qısa müddətdə yatırılacağını bildirib.
Cebhe.info xəbər verir ki, Tramp seçkidə qalib gələcəyi təqdirdə rəqiblərinin təşkil edəcəyi aksiyaların yatırılması üçün hər cür imkana malik olduqlarını bildirib:
"Bizim bunu etmək üçün hakimiyyətimiz var. Əgər bunu istəsək, edərik. Qulaq asın, bu, iğtişaş sayılır. Biz bunun olamsını istəmirik, çünki buna səbəb yoxdur. Amma əgər lazım olsa, biz bunu bir neçə dəqiqə ərzində edərik".
Xatırladaq ki, ABŞ-da prezident seçkisi 3 noyabrda keçiriləcək. Respublikaçıların namizədi Donald Tramp, demokratların namizədi isə Co Baydendir.
Tarix: 12-09-2020, 09:01
Xəbəri paylaş



Xəbər lenti