ABŞ ordusu prezident Donald Trampın səyləri nəticəsində planetin ən güclüsü ola bilib.
“RİA Novosti”nin məlumatına görə, bu sözləri ABŞ-ın vitse-prezidenti Mayk Pens deyib.
“Son 3.5 ildə silahlanmaya 300 tank qəbul edilib, təxminən 500 F-35 qırıcısının silahlanmaya qəbulu gözlənilir, 2016-cı ildən 12 gəmi istismara verilib və daha 59 gəminin istismara verilməsinə hazırlaşılır”, - deyə M.Pens bildirib.
Onun sözlərinə görə, son dörd ildə ABŞ zərbə helikopterlərinin köməyi ilə donanmasını əhəmiyyətli şəkildə gücləndirib, həmçinin artilleriya və raket potensialını artırıb.
“Biz dünya tarixinin ən güclü ordusunu yarada bildik”, - deyə M.Pens vurğulayıb.
Tarix: 12-09-2020, 08:25