“5-6 YUNAN TƏYYARƏSİNİ VURACAĞIQ!” – Ərdoğanın müşaviri təhdidlər yağdırıdı + VİDEO



Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın xarici siyasət üzrə müşaviri Məsut Hakkı Caşin xeyli təhqiredici və təhdidedici bir bəyanatla çıxış edib.
Türkiyə telekanalında çıxışı zamanı o, nəinki Yunanıstanı, həm də Fransanı təhqir edib və Türkiyənin Fransa avidaşıyıcısını Şərqi Aralıq dənizində batıracağı ilə hədələyib. Bu barədə «Orthodox Times» yunan nəşri yazıb.
«Yunanıstan Şərqi Aralıq dənizində doğal qaz tapmadı və onun özünün aviadaşıyıcısı olmasa da, Türkiyəyə qarşı buraya fransız aviadaşıyıcısı göndərir. Yunanıstan bizə başqasının atı ilə hücum edir. Bu at güllələnəcək. Bu, birincisi. İkincisi, Türkiyə - səsdən məhrum dövlət deyil. Bizm əziz prezidentimiz bəyan edib ki, biz, başqalarının hüquqlarına iddia etmirik, amma bizim hüquqlarımızı pozmağa da yol verməyəcəyik. Əgər bizim hüququmuzu pozacaq kimsə varsa, türk milləti onu parçalara böləcək. Türkiyənin çox böyük ordusu var. Egey dənizində və Aralıq dənizində bizimlə oynamağa cürət edəcək kimsə varmı?» - Türkiyə liderinin müşaviri bildirib.
Caşin bununla kifayətlənməyib və Yunanıstanı hədələyib ki, Türkiyə hava-hücumundan müdafiə (HHM) qüvvələri «tezliklə 5 və ya 6 yunan təyyarəsini vuracaq».
«Yəni gerçəkdənmi Yunanıstan bizim yumruğumuzu sınamaq istəyir? Yunanlar bunu hələ dərk etmirlər… Yetər! Bizim pilotlar tezliklə yunanların 5 və ya 6 uçağını vuracaqlar və biz, müharibəyə başlayacağıq. Türk xalqı heç vəchlə belə təzyiq altında qala bilməz. Türkiyə elə ölkə deyil ki, onu imtahana çəkə biləsiniz. Türk əsgərinin süngüsü yerindədir və hazırdır. Əvvəllər biz, hətta düşmənin axırına gülləsiz - süngü ilə çıxmışıq. Odur ki, irəli!» - deyə, Ərdoğanın müşaviri səslənib.
Qeyd edək ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da Yunanıstana xəbərdarlrq edərək, ağlını başına yığmağı tövsiyə edib. Onun həmin çıxışını təqdim edirik:

AzPolitika.info
Tarix: 9-09-2020, 07:45
Xəbəri paylaş



Xəbər lenti