Belarus 5 ölkəyə uçuşların dayandırılmasını uzadıb


Təyyarə

Belarusun "Belavia" şirkəti koronavirus pandemiyası fonunda Rusiya, Latviya, Kipr, Türkmənistan və Gürcüstan istiqamətində uçuşların dayandırılmasını uzadıb.

"APA-Economics"in "BelTA"ya istinadən verdiyi məlumata görə, Belarusdan Rusiyaya uçuşların bərpası sentyabrın 30-dək uzadılıb. Rusiyanın Voronej, Kazan və Nijni Novqorod şəhərlərinə isə uçuşların dayandırılması oktyabrın 24-dək uzadılıb.
Eyni zamanda "Belavia" Riqaya (Latviya) uçuşların bərpasını sentyabrın 20-dək, Larnakaya (Kipr) sentyabrın 14-dək, Aşqabada (Türkmənistan) və Gürcüstanın bütün məntəqələrinə isə sentyabrın 30-dək uzadıb.
Tarix: 4-09-2020, 15:10
Xəbəri paylaş



Xəbər lenti