ABŞ-la Çin arasında daha bir gərginlik – Diplomatların hərəkəti məhdudlaşdırılır


bitmap-img6

Donald Tramp administrasiyası Çin diplomatlarına dair yeni məhdudiyyətlər tətbiq etməklə adıçəkilən ölkədə amerikalı diplomatlara qarşı oxşar tədbirlərə cavab verəcək.

WSJ xəbər verir ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo bu gün açıqlama verərək çinli diplomatların universitetlərə hər hansı səfər etməzdən əvvəl bu barədə Birləşmiş Ştatlar hökumətini xəbərdar etməli olduğunu bildirib.

Həmçinin Çin səfirliyi və ya konsulluqlar da öz binalarından kənarda böyük mədəni tədbirlər keçirdikdə Dövlət Departamentini müvafiq qaydada xəbərdar etməlidir.

Jurnalistlərlə söhbəti zamanı Çin tərəfinə qarşı “sadəcə qarşılıqlı tələblər” irəli sürdüklərini qeyd edən M.Pompeonun fikrincə, Çin hökuməti amerikalı diplomatların Çin xalqı ilə mütəmadi təmaslarının qarşısını almaq üçün tərtib edilən qeyri-şəffaf təsdiqləmə prosesləri sistemi hazırlayıb/Report.
Tarix: 2-09-2020, 22:27
Xəbəri paylaş



Xəbər lenti