Rus ordusundan təhlükəli manevr – Donanma hərəkətə keçdi



ABŞ Alyaska yaxınlığında üzən Rusiya sualtı gəmisini aşkar edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Şimal Komandanlığı məlumat yayıb. Məlumatda qeyd edilib ki, Şimali Amerika Aerokosmik Komandanlığı və ABŞ-ın Şimal Komandanlığı bu gün Alyaska yaxınlığında üzən Rusiya sualtı gəmisini yaxından izləyib.

Sualtı gəminin ABŞ-ın ərazi sularından xeyli məsafədə - beynəlxalq sularda olduğu bildirilib.

Həmçinin Amerika tərəfi lazım gələrsə rus hərbçilərinə kömək göstərməyə hazır olduğunu açıqlayıb. Rusiya Müdafiə Nazirliyi vəziyyətlə bağlı hələ açıqlama verməyib.



Tarix: 29-08-2020, 08:55
Xəbəri paylaş



Xəbər lenti